İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Banker.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə – 94 nəfər köçürülüb.
Xocavənd şəhərinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.







