Xocavənddə 318 mənzilli yaşayış binaları təmir olunacaq.
Banker.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən Xocavənd rayonunun Xocavənd şəhərində çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı işlərə başlanılır.
Layihə çərçivəsində ümumi sahəsi 22 260 kvadratmetr olan, 318 mənzildən ibarət yaşayış binalarında təmir işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinin icrası “Platin-M” MMC-yə həvalə edilib.
Məlumata görə, layihənin ümumi dəyəri 7 768 736 manat təşkil edir.







