Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 1,7 milyon manatlıq təmir sifarişi verib.
Banker.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi Xocavənd rayonunda yaşayış evlərinin təmiri ilə bağlı satınalma müqaviləsi bağlayıb.
Müqaviləyə əsasən, işlər AZFEN-NN Tikinti Təmir Quraşdırma MMC tərəfindən həyata keçiriləcək.
Satınalma “Xocavənd rayonunun Güneyçartar kəndində fərdi yaşayış (30 ev – 5 049 m²) evlərinin təmir işləri”ni əhatə edir.
Müqavilənin ümumi məbləği 1 767 011 manat təşkil edir.






