Xocavəndin işğaldan azad olunmuş Tuğ kəndində şirkət yaradıldı

Azərbaycanda 2020-ci ilin oktyabrında işğaldan azad edilmiş Tuğ kəndində ilk şirkət təsis edilib.

Banker.az xəbər verir ki, bu, “Tuğ Agro Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət 2 dekabr 2020-ci ildə yaradılıb. O Xocavənd rayonu, Tuğ kəndində (AZ2800) dövlət qeydiyyatına alınıb, 100 manat nizamnamə kapitalına malikdir.

Şirkətə Hüseynov Nazim Əmiraslan oğlu qanunu təmsilçiliyi edəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər