9 C
Baku
Friday, March 1, 2024

“Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir

®Şirkətdə çalışan əməkdaşların 80 faizini qadınlar təşkil edir

Azərbaycan şirniyyat sənayesinin aparıcı müəssisələrindən olan “Xonça” Fabriki yeni və müasir avadanlıqları ilə xidmət keyfiyyətini artırır. 

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan fabrik Qafqazın böyük şirniyyat istehsal məntəqələrindən hesab edilir. 

İllik 8 min ton məhsul istehsal edilir

“Xonça” şirniyyat və un məmulatlarının istehsalı, ketrinq xidmətləri üzrə fəaliyyət göstərir. Fabrikin istehsal etdiyi məhsulların siyahısına müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli hazır məhsullar daxildir. 

Hazırda fabrikdə 200 növdən çox şirniyyat və un məmulatları istehsal olunur. 

Müəssisədə il ərzində 8,000 ton məhsul istehsal edilir. Fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar və işçi heyəti çalışır.

 Qida təhlükəsizliyi prioritetdir

 “Xonça” məhsullarını “Araz” və “Spar” supermarketlər şəbəkəsini əhatə edən satış nöqtələrindən əldə etmək mümkündür. “Xonça” hazırda ölkənin böyük korporativ şirkətləri, beş ulduzlu hotelləri müxtəlif məhsullarla təmin edir. Burada həm yerində istehsal və xidmət, həm də termoboks və birnəfərlik qablarda çatdırılma həyata keçirilir. İnqredientlər, onların saxlanma və istifadə şərtləri, istərsə də yeməyin hazırlanması daxili Keyfiyyətə Nəzarət departamenti tərəfindən daimi yoxlanılır və hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim edilir. Şirkət tərtib etdiyi gündəlik menyu baxımından bazarda uyğun və keyfiyyətli ketrinq xidməti təklif edir. 

Mayalanmamış donmuş texnologiya 

Keyfiyyət və gigiyenanı təmin etmək məqsədi ilə “Xonça” məhsulları marketlər daxilində yalnız mərkəzləşmiş donmuş formada saxlanılır və satılır. Fabrik müasir və yüksək texnologiyalı avadanlıqlarla, həmçinin İsveçrənin Rondo markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan Avropa markaları ilə təmin olunub. Fabrikdə texnoloji baza daim yenilənir və yüksək nəticələr əldə etmək üçün yeni həllər təqdim edilir.

“Mayalanmamış donmuş və yarı bişmiş donmuş texnologiyalardan istifadə edilərək məhsul hazırlanır və mağazalara təqdim edilir. Prosesin bişmə tərəfi mağazada yerində tamamlanaraq müştərilərə hər zaman təzə və isti təqdim olunur”,-deyə “Xonça” Fabrikinin rəhbəri Rəhman Ələkbərov qeyd edib.

20 milyondan çox investisiya 

“Xonça” istehsalat layihəsinin icrasına 2019-cu ildə 16 milyon manatlıq investisiya qoyulub. Fabrikin günün tələblərinə cavab vermək üçün sürətli və keyfiyyətli çalışmasına yatırılan investisiya həcmi artırılaraq 20 milyona çatıb. 

Şirkət əməkdaşlarının 80 faizini qadınlar təşkil edir.

Hazırda fabrikdə 800 nəfər çalışır. Onların 80 faizini qadınlar təşkil edir. Fabrikdə qadınların əmək təhlükəsizliyinin təmin edilməsi və müasir tələblərə cavab verən iş mühitinin yaradılmasına xüsusi diqqət edilir. Qadınların karyerlarında uğurlu olmalarına dəstək üçün müxətlif təlimlər də təşkil edilir. 

Un məmulatları sahəsində həm də məktəb rolunu oyanayan “Xonça” Fabriki Bakı Peşə Liseyi ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində liseyin şagirdləri “Xonça” istehsalat sahəsində təcrübə keçir, məzun olduqdan sonra isə burada işləmək imkanı yaradılır. 

Xonca2 Xonca3 Xonca5

Son xəbərlər
Digər xəbərlər