9 C
Baku
Sunday, November 17, 2024

Xorvatiya 2023-cü il yanvarın 1-dən Şengen zonasına daxil olacaq

Avropa İttifaqı (Aİ) ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib.

Bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç  “Twitter“ paylaşımında qeyd edib. O, bildirib ki, ölkəsi 2023-cü il yanvarın 1-dən Şengen sazişinə qoşulacaq və bundan həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı yararlanacaq. Qeyd edək ki, Şengen zonasına Aİ-nin 26 ölkəsi daxildir. Avropa Komissiyası noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmaq üçün hazır olduğunu bəyan edib və Aİ Şurasına bu qərarı təsdiq etməyi tövsiyə edib.

Son xəbərlər
Digər xəbərlər