16 C
Baku
Friday, November 22, 2024

Xorvatiya Azərbaycandan xam neftin alışını 2 dəfəyə yaxın artırıb

Xorvatiya Azərbaycan xam neft alışını artırmaqla cari ilin ilk yarısında həcmi 4.5 mln. barelə qaldırıb.

Banker.az xəbər verir ki, 2024-cü ilin ilk altı ayı ərzində Balkan ölkəsi Azərbaycandan 587.6 min tonluq xam nefti $375.98 mln. dəyərində alıb.

Bu da miqdar baxımdan illik müqayisədə 90%, dəyərlə müqayisə edildikdə isə 109% artımdır.

Dövlət Gömrük Komitəsinin 2023-cü ilin eyni dövründə Xorvatiya Azərbaycandan 308.5 min tonluq xam nefti $180.25 mln.-a almışdı.

Qiymətlər keçən illə müqayisədə bu il daha baha olub. Belə ki, keçən il neftin bir tonu $584 (~77 USD/barel) olduğu halda, cari ildə qiymətlər $56 baha, yəni $640 (~84.02 USD/barel) olub.

Xatırladaq ki, 2024-cü ilin ilk yarısında Azərbaycan xaricə  11.1 mln. ton xam nefti $7.012 dəyərində ixrac edib.

Son xəbərlər
Digər xəbərlər