Xorvatiya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edib.
Bu barədə Xorvatiya XİN rəhbəri Qordan Radman “Twitter”də bildirib.
“NATO-nun davamlı genişlənməsi Transatlantik məkanın və Avropanın təhlükəsizliyini gücləndirir”, – nazir qeyd edib.