Avropa İttifaqına üzv ölkələr yaxın həftələrdə Xorvatiyanın avrozonaya daxil olması məsələsini müzakirə edəcək.
Yekun rəyi iyulun 12-də İttifaqın maliyyə nazirləri qərar verəcək.
Bildirilir ki, avroya keçmək üçün namizəd olan 7 ölkə arasında yalnız Xorvatiya bütün kriteriyalara cavab verir. Ölkə iqtisadiyyatı açıqdır, inflyasiya və büdcə kəsiri yolverilən normanı keçmir.
“Aİ-yə üzvlükdən 10 il sonra Xorvatiya 1 yanvardan avrozonaya qoşulmağa hazırdır. Xorvatiyanın avrozonaya gəlişi avronu daha da möhkəmləndirəcək” – deyə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.
Xorvatiyanın hazırki pul vahidi kunadır (Kn).