24 C
Baku
Monday, April 29, 2024

Xorvatiya gələn ildən Şengen zonasına daxil olacaq

Xorvatiya 1 yanvar 2023-cü ildən etibarən rəsmən Şengen zonasına daxil olacaq.

Artıq Aİ-yə üzv ölkələr arasında razılaşma əldə edilib. Yanvarın 1-dən etibarən Aİ üzvləri ilə ölkə arasında olan sərhəd keçid məntəqələri fəaliyyətini dayandıracaq. Ölkənin rəsmi pul vahidi kuna olsa da, avrodan istifadəyə də icazə veriləcək. İndiyədək avrodan istifadə yalnız turizm zonalarında əlavə ödənişlə mümkün idi.

Yanvarın 1-dən etibarən yalnız rəsmi kursla, konvertasiya rüsumu olmadan ödəniş aparılacaq. Aeroportlarda isə Ai vətəndaşları üçün gömrük yoxlaması 26 mart 2023-cü ildə aradan qaldırılacaq.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər