Xorvatiya Rusiya diplomatlarının bir qismini ölkədən çıxaracaq.
Bunu Xorvatiyanın xarici işlər və Avropa işləri naziri Qordan Qrlix-Radman NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə deyib.
Onun sözlərinə görə, diplomatların ölkədən çıxarılması Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlıdır:
“Biz bunu NATO və Avropa İttifaqı ilə həmrəylik üçün və Buçadakı dəhşətli mənzərələrə cavab olaraq edəcəyik”.