Xorvatiya yanvarın 1-dən Şengen Viza Sazişinin üzvü olub.
Bu barədə Avropa İttifaqı Şurasının saytında yerləşdirilən məlumatda deyilir.
Xorvatiya ilə Şengen zonasının digər ölkələri arasında sərhəd-keçid məntəqələrində yoxlamalar, martın 26-dan isə daxili hava sərhədlərində yoxlamalar ləğv ediləcək.
Bundan əlavə, Xorvatiya Şengen vizası vermək və Şengen informasiya sistemindən istifadə etmək hüququ əldə edib.
Xatırladaq ki, dekabrın 8-də Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Aİ Şurasının ölkənin yanvarın 1-dən Şengen zonasına daxil olması ilə bağlı razılığa gəldiyini açıqlayıb.