13 C
Baku
Friday, November 22, 2024

Xorvatiya yeni ildən avroya keçəcək

Avropa Parlamenti Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avro zonasına daxil olmağa hazırlığı ilə bağlı müsbət nəticəni dəstəkləyib.

Bu barədə Avropa Parlamentinin kommünikesində deyilir.

539 lehinə, 45 əleyhinə və 48 bitərəf səslə Avropa Parlamentinin deputatları Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avronu qəbul etmək üçün bütün zəruri kriteriyalara cavab verdiyini bildirən hesabatı təsdiqləyiblər.

Eyni zamanda parlamentarilər avronun dövriyyəyə buraxılmasının süni qiymət artımına səbəb olmaması üçün Xorvatiya hökumətindən qiymətlərin konvergensiyası ilə bağlı tədbirlər gözlədiklərini qeyd ediblər.

Xatırladaq ki, iyunun ortalarında avrozonanın bir qrup maliyyə naziri Xorvatiyanın avrozonanın 20-ci üzvü kimi qəbul edilməsini tövsiyə etmişdi.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər