13 C
Baku
Friday, November 22, 2024

Xorvatiyanın gələn ildən avro zonasına daxil olması təsdiqlənib

Avropa Parlamenti (AP) Strasburqda keçirilən iclasında Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avroya keçidini təsdiqləyib.

Bu barədə AP-nin mətbuat xidmətinin çərşənbə axşamı öz saytında dərc etdiyi kommünikesində deyilir.

Bildirilir ki, Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avroya keçid üçün bütün şərtləri yerinə yetirdiyini bildirən hesabatı 539 deputat dəstəkləyib. 45 deputat əleyhinə səs verib, 48 deputat bitərəf qalıb.

Parlament etiraf edib ki, Xorvatiya hakimiyyəti “ölkədə qiymətləri avrozonanın səviyyəsinə uyğunlaşdırmaq üçün çox işlər görüb”, lakin bu istiqamətdə işi davam etdirməyin zəruri olduğunu da bildirib.

Qeyd olunur ki, Xorvatiyanın avro zonasına daxil olması üçün Avropa Parlamentinin mövqeyi Aİ-nin üzvü olan ölkələr tərəfindən dəstəklənməlidir.

 

 

Son xəbərlər
Digər xəbərlər