Xorvatiyanın xarici borcu illik müqayisədə 4% artaraq 45.2 milyard avroya çatıb və ÜDM-in 76.7%-ni təşkil edib.
Bu barədə Xorvatiya Milli Bankının dərc etdiyi məlumatlarda göstərilib.
Eyni zamanda bank qeyd edib ki, aylıq olaraq borcun səviyyəsi 99 milyon avro azalıb. Lakin 2021-ci ilin sonu ilə müqayisədə borc 631 milyon avro və ya 1.4% artıb.
Qeyd olunub ki, bu nəticələr xarici borcu 500 milyon avro azalan Mərkəzi Bankın özündən başqa, iqtisadiyyatın bütün daxili sektorlarının borcunun artmasının nəticəsidir.