Xoşbəxtliyin üç səviyyəsi: hər gün xoşbəxt olmaq üçün nə etmək lazımdır?

Biz “Xoşbəxtlik” anlayışına həsr olunmuş maraqlı tədqiqat haqqında oxuduq. İnsanlardan soruşulurdu: kim daha çox xoşbəxtdir – lotereyada udan şəxs və ya əlil? Siz düşünə bilərsiniz ki, bu suallın cavabı bəllidir. Lakin əslində yanlış düşünürsünüz. 

Məlum oldu ki, bir il sonra əlil yeni gündəlik problemlərə uyğunlaşır, lotereya qalibi isə bir illik qələbəsini tamamilə unudur. Zamanla onların oxşbəxtlik səviyyəsi demək olar ki,  bərabərləşir. Bunun əsas səbəbi ondan ibarətdir ki, insanlar dəyişiklərə uyğunlaşmağa və baş verənləri unutmağa meyllidirlər. Düzdür, pis bir şey baş verdikdə, unutqanlıq yaxşı bir şeydir, lakin məsələ ondadır ki, biz yaxşı hadisələri də unuduruq!

Sizcə, hər gün xoşbəxt qalmaq üçün nə etmək lazımdır? Bu məsələyə yaxından nəzər salaq. 

Xoşbəxtliyin səviyyələri

Birinci və ikinci mərtəbə arasındakı eskalatoru təsəvvür edin. Aşağıda – xoşbəxtliyin olmaması, yuxarıda – həyatı boyu davam edən eyforiya. Beləliklə, bir pillə qalxdıqca özünüzü daha çox xoşbəxt hiss edəcəksiniz. Əgər birinci pillədə qalsanız, şübhəsiz ki, uçuruma çökmüş olacaqsınız. Hər zaman irəliləmək lazımdır. 

İrəliyə doğru hərəkət nədən başlayır?

Birinci səviyyə: əşyalar

Əşyalar bizə ani xoşbəxtlik bəxş edirlər Biz illərlə bu və ya digər əşyanı almağı arzu edə bilərik və nəhayət, arzumuz yerinə yetdikdə özümüzü xoşbəxt hiss etməyə başlayırıq. Lakin unutmayın ki, adətən bu çox qısa müddət davam edir. 

Əşyalar – qısamüddətli xoşbəxtlikdir. Həyatı yalnız əşyalar üzərində qurmaq cəhdləri heç vaxt nəticə verməyib, çünki bu xoşbəxtlik hissi tez unudulur. İnsanlar xoşbəxtliyin bu pillərinsə uzun müddət ərzində qala bilmirlər. Niyə?

Belə ki, biz əşyaları kiminsə gözündə daha yaxşı görünmək üçün alırıq, özümüzü yaraşıqlı və uğurlu insan olaraq təqdim etməyə çalışırıq. Bir sözlə, bütün bunlar başqaları üçündür. Düzdür, həmin an yeni əşya xoşbəxt olmağımıza kömək edə bilər, amma uzunmüddətli perspektivdə – heç vaxt.

Bizim fikrimizcə, xoşbəxtliyin ikinci pilləsinə qalxmaq daha rasional qərardır. 

İkinci səviyyə: təcrübə və yeni təəssüratlar

Məsələn, səyahət yeni təcrübə qazandıra bilər. Lakin burada hər şey göründüyü qədər sadə deyil. 

Çox vaxt insanlar “olsun deyə” səyahət edirlər və əsas məqsəd səyahətin özü deyil, şəkil çəkdirmək və dostların qarşısında lovğalanmaq olur. Bu cür insanlar 7 günə 5 ölkəni gəzməyi təklif edən turlara üstünlük verirlər. Düzdür, qısa müddət ərzində çox yer görmək olar, lakin bu halda insan üçün yeni təəssüratlardan zövq almaq deyil,  başqalarına özünü göstərmək önəmli olur.

Bunun səbəbi nədir?

Səyahət xoşbəxtlik səviyyəsinə görə əşyalarla bərabərləşdirilir. Daha əvvəl qeyd etdiyimiz kimi, xoşbəxtliyin birinci pilləsində biz özümüzü deyil, başqalarını düşünürük. Əgər ətrafımızdakı insanlar bizə yüksək qiymət versələr – əla. Verməsələr – səyahətin bizə bəxş etdiyi xoş təəssüratlar əhəmiyyətini itirmiş olur. 

Üçüncü səviyyə: şəxsi inkişaf və ətraf

Yenə misal olaraq səyahətləri götürək. Siz başqa ölkəyə yalnız maraqlı şəkillər çəkdirmək üçün deyil, yeni təcrübə qazanmaq üçün gedə bilərsiniz. Başqa mədəniyyəti öyrənmək, yeni insanlarla tanış olmaq, xarici dil öyrənmək, unikal mətbəxin dadına baxmaq. Bütün bunlar sizi daha çox xoşbəxt edəcəkdir, səbəbi isə budur:

Birincisi, hər bir istirahət əvvəl-axır sona çatır, əldə etdiyiniz bacarıqlar və əlaqələr isə uzun müddət ərzində sizin olacaqdır. İkincisi, səyahətdən aldığınız xoş təəssüratların təsirini qazandığınız təcrübə sayəsində uzada bilərsiniz. Məsələn, səyahət zamanı öyrəndiyiniz xarici dil vasitəsilə nə qədər yeni informasiya qəbul edə biləcəyinizi təsəvvür edin. 

Bu üç səviyyənin mahiyyəti nədən ibarətdir?

Hər şey əşyalardan başlayır. Onları əldə etmək çox asandır – mağazaya getməyiniz kifayət edir və qısamüddətli xoşbəxtlik qazandırır. 

Birinci pillədən sonra ikinci və üçüncü pillələrə keçin. Beləliklə, xoşbəxtliyin səviyyəsini hər zaman yüksək saxlaya biləcəksiniz. Lakin burada da çox önəmli bir detal var. 

Xoşbəxtliyin sirri nədədir?

Təsəvvür edin ki, isti yay günündə uzun növbədə dayanmısınız. Bu sizi qıcıqlandırır və siz gününüzü daha səmərəli keçirə biləcəyinizi düşünməyə başlayırsınız. 

Gəlin bu situasiyaya fərqli bucaq altında baxaq. Sizin ətrafınızda çoxlu insanlar var və siz isti hava və növbə kimi çətinlikləri onlarla  bölüşürsünüz. 

Əgər fikirlərinizi düzgün istiqamətə yönəltsəniz, hər bir şey sizə yeni təcrübə qazandıracaq. 

Daha sadə desək, sizi xoşbəxtlikdən ayıran tək şey düşüncə tərzidir. Xoşbəxtliyin pillələri sizə hər gün xoşbəxt olmağa kömək edə bilər, lakin düzgün və pozitiv düşüncə olmasa, heç nə alınmayacaq. 

Buna görə də tez-tez gülümsəyin, həyatı maraqlı macəra kimi qəbul edin. Bu addım çox kiçik görünür, amma sizin onu artıq indi ata bilərsiniz. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları