23 C
Baku
Friday, April 26, 2024

Xoşbəxt işçilər daha məhsuldar işləyirlər – Oksford Universitetinin tədqiqatı

Oksford Universitetinin nəzdində fəaliyyət göstərən Said biznes məktəbi, işçilərin xoşbəxtlik səviyyəsinin onların fəaliyyətinə təsirini araşdırıblar.

Tədqiqatçılar altı ay ərzində “British Telecom” (BT) call-center mərkəzinin təxminən 1800 işçisindən məlumat toplayıblar. Onlardan hər həftə xoşbəxtlik səviyyəsini qeyd etmək tələb olunurdu.

Daha sonra müəlliflər bu məlumatları BT-nin ölçmələri ilə müqayisə etdilər, onlar arasında zəng müddəti, uğurlu zənglərin nisbəti və işçilərin qrafikə riayət etməsi səviyyəsi kimi meyarlar var. Bundan əlavə, tədqiqatçılar davamiyyət, iş saatları, fasilələr və müştərilərin məmnuniyyətini də nəzərə alıblar.

Alimlər işçilərin “çox xoşbəxt” olduqları həftələrdə daha məhsuldar olduqlarını aşkar etdilər. Eyni zamanda, tədqiqatçılar işçilərin xoşbəxt olmasının səbəbi məhsuldar iş olduğuna şübhə edirlər. Onların qeyd etdiyi kimi, əvvəlki tədqiqatlar yüksək nailiyyətlərdən məmnunluğunun digər amillər kimi insana təsir etmədiyini göstərirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər