18 C
Baku
Monday, April 29, 2024

Xoşbəxt işçilər daha məhsuldar işləyirlər

Insan xoşbəxtliyi ilə əməyin məhsuldarlığı arasında əlaqəni araşdıran tədqiqatçılar belə bir qənaətə gəldilər ki, dünyanın müxtəlif yerlərində əməyin məhsuldarlığı müəyyən bir qanuna tabe deyil. Belə ki, ABŞ o bir neçə il ərzində əməkhaqqıların azalması fonunda daha da artdığı halda, Böyük Britaniyada iş yerlərinin artımına baxmayaraq aşağı düşmüşdür, CAR-da isə 46 ilin ən aşağı səviyyəsinə düşüb. iOpener-in mütəxəssisləri əmindirlər ki, biz məhsuldarlığı təhlil edərkən ən əsas amillərdən birini buraxırıq – bu xoşbəxtlikdir.

Məsələ ondadır ki, ən məhsuldar işçilər həm də ən xoşbəxt işçilərdir. iOpener-in 2005-ci ildə yığdığı məlumatlara görə həyatdan daha az zövq alan insanlar öz işini də daha az səylə yerinə yetirirlər. Məhsuldarlıq birbaşa olaraq, işçi və işə götürən arasındakı münasibətlərdən asılıdır – əgər onlar arasında heç bir ahəngdarlıq yoxdursa, göstəricilər aşağı düşür.

Belə ki xoşbəxt işçilər həmkarlarına 33% daha çox kömək edir, 46% hallarda səmərəliliyi aşağı salan problemlərin həllinə nəzər salır, qoyulmuş məqsədlərə 31% daha tez nail olurlar və 36% hallarda isə daha çox motivasiyalı olurlar. Məhsuldarlığın artırılmasının formulası standartdır: yalnız konstruktiv tənqid,  qısamüddətli dövrdə işçilərin motivasiyası, işçinin şirkətə lazım olduğunu dərk etməsi və özü üçün daha münasib mövqedə olmaq, uzunmüddətli perspektivlər və özünəinam.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər