Göründüyü kimi, cavab çox sadədir. 30 milyon dollar. Əgər onları banka qoysaq, il ərzində təqribən 2,5 milyon dollar qazanmaq olar (inflyasiyanı nəzərə almaqla 1,8 milyon dollar). Onlar növbəti formada xərclənirlər:
- yaşayış yeri : $0,2 milyon – çox yaxşı bir evdən ötrü ödənilən kredit məbləği. Düzdür bunu Normandiya qəsri hesab etmək olmaz, amma bir mənzil kimi kifayət qədər sanballıdır.
- avtomobil: il ərzində $0,1 milyon dollar. Porsche Cayman səviyyəsində iki gözəl avtomobilə görə kredit ödənişləri. Bir ailə üçün kifayət edər.
- qidalanma: il ərzində $50 000 dollar, ay ərzində təqribən $4000. Bu məbləğ evdə və arada bir də yaxşı restoranlarda qidalanmağa kifayət edər.
- geyim: il ərzində $25 000 dollar. Əgər il ərzində bütün ən məşhur modelyerlərin kolleksiyasını almaq fikrində deyilsinizsə, onda qeyd etdiyimiz məbləğ sizin və ailəniz üçün lazım olandan da daha artıqdır.
- səyahət və istirahət: il ərzində $0,3 milyon – ekzotik ölkələrdən birinə dörd həftəlik istirahətə kifayət etməlidir. Əlbəttə ki, 1-ci sinif (biznes) klass reysi ilə.
- əyləncə: il ərzində $50 000 dolları – praktiki olaraq, istənilən növ hobbi üçün kifayət edər.
- yaxta: il ərzində $0,3 milyon dollar – həm krediti, həm də istismar xərclərini ödəyər. Heç yaxtasız zingin adam olar?
- gündəlik əşyalar: il ərzində $0,2 milyon dollar, akustik avadanlıqlar, noutbuklar, xoş hədiyyələr, ürəyəyatan kiçik nüanslar
- xidmət: il ərzində $0,2 milyon dollar – məşqçilər, repetitorlar, xadimə və ya dayələr, sürücülər, həyatımızı asanlaşdırır 🙂
- ailə: il ərzində $0,2 milyon dollar – uşaqlar üçün yaxşı təhsil valideynlərin qayğısına qalmaq
- ciblik xərci: il ərzində 175 000 dolları öz istəyinə və baxışına paylaşdıra bilərsən. Məsələn, sağlamlığın qeydinə qalmaq və ya investisiyalar ilə məşğul olmaq.