18 C
Baku
Thursday, April 25, 2024

Xoşbəxt və harmonik həyat üçün Buddadan səkkiz dərs

1. Dama-dama göl olar

Səhəng də tədricən, damla-damla dolur. Hər bir ustad nə vaxtsa həvəskar olub. Biz hamımız asta-asta, az bir şeylərdən başlayırıq. Ona görə də “az” olduğu üçün heç nəyi diqqətdən kənarda qoymayın. “Az”-a qarşı laqeyd davranmayın. Heç kəs yer üzündə bir gecəyə uğur qazana bilməz, uğuru “az”-dan başlamağa, əzmkarlıqla səy göstərməyə və səhəng dolana qədər gözləməyə hazır olan insanlar qazanır.

2. Fikirlər maddidir

Bizim şüurumuz –hər şeydir. Siz nə haqda düşünürsünüzsə -ona da çevrilirsiniz. Əgər insan pis fikirlidirsə, pis şeylər haqda düşünür və danışırsa, onda onu ağrı-əziyyət izləyir. Amma insan təmiz niyyət ilə danışar və hərəkət edərsə, onda xoşbəxtlik bir kölgə kimi onun arxasınca gəzər. Düzgün yaşamaq üçün, beyni düzgün fikirlər ilə doldurmaq lazımdır. Düzgün düşüncə tərzi sizə istədiyiniz hər bir şeyi verəcək. Bütün əməllər şüurdan doğur. Əgər şüur dəyişərsə, əməllər qalacaqmı?

3. Bağışlamaq

Qəzəbi özündə yığıb saxlamaq –qaynar közü kiməsə atmaq məqsədilə ələ götürməyə bərabərdir. Siz onu hətta atsanız belə, ilk növbədə özünüz yanacaqsınız. Siz bağışlanmazlar həbsxanasında məhbus olanları azad edəndə, həm də bu məhbəsdən özünüzü azad etmiş olursunuz. Bağışlamağı, tez bağışlamağı öyrənin.

4. Sizin əməllərinizin əhəmiyyəti var

İnkişaf etmək üçün siz hərəkətə keçməlisiniz, sürətlə inkişaf etmək üçün isə -hər gün nəsə etmək lazımdır. Zəfər –hamı üçündür, amma onun dadına yalnız daima hərəkətdə olan (çalışan) insanlar baxa biləcək. Atalar sözündə deyilir:  «Allah hər bir quşa yeyəcəyi qurd verir, amma onu bir-başa yuvaya atmır». Budda deyir: «Mən fəaliyyətdə olan insanları özünə tabe edəcək taleyə inanmıram, lakin mən fəaliyyətsizlik nəticəsində insanları gözləyən aqibətə (taleyə) inanıram».

5. Başa düşməyə çalışın

Biz daha həqiqət uğrunda deyil mübarizə aparmağı tərgitmişik, biz sadəcə özümüz uğrunda mübarizə aparmağa başlamışıq. Əvvəlcə başa düşməyə cəhd edin, sonra isə siz də başa düşmələrinə çalışın. Siz digər insanın nəzər nöqtəsini anlamaq üçün bütün səylərinizi səfərbər etməlisiniz. Başqalarını dinləyin, onların nəzər nöqtəsini anlayın, onda siz rahatlıq tapacaqsınız. Haqlı olmaqdan daha çox, xoşbəxt olmaq üzərində diqqətinizi cəmləşdirin.

6. Özünüzə qalib gəlin

Özünü qalib gəlmək, minlərlə döyüşdə qalib gəlməkdən daha yaxşıdır. Onda qələbə sənin olacaq. Onu səndən nə mələklər, nə də şeytanlar, nə cənnət, nə də cəhənnəm ala bilməz. Özünə qalib gəlmək üçün öz şüuruna qalib gəlmək lazımdır. Siz öz fikirlərinizə nəzarət etməlisiniz. Onlar dəniz dalğaları kimi çırpınmalı deyil. Siz belə fikirləşə biləsiniz ki, “mən öz fikirlərimə nəzarət edə bilmirəm, fikirlər özləri istəyəndə gəlirlər.” Amma mən sizə cavab verirəm ki, “siz hər hansı bir quşa öz başınız üzərindən uçmağı qadağan edə bilməzsiniz, amma təbii ki, siz həmin quşa sizin başınızda yuva qurmağa icazə verməzsiniz”.

7. Harmoniyada yaşayın

Harmoniya daxildən gəlir. Onu xaricdə axtarmayın. Xarici aləmdə yalnız ürəyində ola biləcək bir şeyi axtarmağa dəyməz. Bəzən biz harmoniyanı yalnız ona görə xaricdə axtarırıq ki, gerçək reallıq ilə barışa bilmirik. Harmoniya, yeni iş, yeni maşın və ya yeni nikah deyil. Harmoniya qəlbdəki hüzur deməkdir və o, məhz sizdən başlayır.

8. Minnətdar olun (şükür edin)

Gəlin bir anlıq nəfəs dərib, Allaha şükür edək, əgər çox oxuya bilməmişiksə, heç olmasa vaxt itirmədiyimizə görə, əgər vaxt itirimişiksə heç olmasa xəstələnmədiyimizə görə, əgər xəslənmişiksə, heç olmasa hələ ölmədiyimizə görə şükür edək. Həmişə şükür ediləsi bir amil tapılacaqdır. O qədər də pessimist olmayın, həmişə hətta mübahisə etdikdə və ya məyus olduqda, nə qədər də məyus olsanız belə şükür etmək üçün ən azı 10 səbəbiniz var. Bu gün heç də hamı yuxudan ayılmayıb, dünən kimsə gözlərini son dəfə yumub. Həmişə şükür etmək üçün səbəblərimiz vardır. Şükür edən qəlbiniz siz dahi insana çevirəcək…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər