16 C
Baku
Monday, April 29, 2024

Xoşbəxtlik pulda deyil

Berkli universitetinin bir qrup mütəxəssisi tərəfindən aparılmış araşdırma göstərir ki, insanın subyektiv rifahı onun sosial-iqtisadi statusundan  (təhsilindən və var-dövlətindən) asılı deyil. Məsələ digər insanların ona necə yanaşmasındadır, bunu «sosiometrik status» da adlandırmaq olar, meyar -digər insanların sənlə münasibət qurmağa üstünlük verməsi, ya səni rədd etməsi ilə ölçülür.

Araşdırmamın müəlliflərində biri olan Kemeron Anderson bunu belə izah edir: «Xoşbəxtliyi pulla almağın mümkün olmamasının əsas səbəblərindən biri odur ki, insanlar yeni gəlir və var-dövlət səviyyəsinə çox tez uyğunlaşır. Məsələn lotereyada pul udanlar ilk öncə özlərini çox xoşbəxt hiss edirlər, amma çox keçmədən yenə əvvəlki xoşbəxtlik həddinə qayıdırlar». Pul axını ilə gələn sevinc və xoşbəxtlik hiss kifayət qədər tez bir müddətdə sovrulub gedir. Amma hörmət, nüfuz və sosial inteqrasiya –alimlərin fikrincə bütün bunlar insanlara «davamlı subyektiv rifah» gətirə bilər və onda insan özünü firavan hiss edir.

Bu istiqamətdə 4 tədqiqat aparılıb. Bunlardan birində alimlər 80 kollec tələbəsinin «sosiometrik statusunu ölçməyə çalışıblar, bundan ötrü onlar həmyaşıdlarının həmin şagirdləri sosial baxımdan necə qiymətləndirdiyini, həmçinin şagirdlərin ictimai münasibətlərdə və liderlik mövqeyindən asılı olaraq özlərinin-özlərinə neçə qiymət verməsini hesablamışlar. Sosial rifahın digər faktorları və gəlirlər də nəzərə alınıb.

Nəticələr onu göstərib ki, iştirakçıların firavanlıq hissi daha çox onların «sosiometrik statusundan» asılı olub, nəinki onların var-dövlətindən və ya digər sosial-iqtisadi göstəricilərdən. Digər bir araşdırmada isə alimlər MBA tələbələrinin oxuduğu və təhsili başa vurduqdan sonrakı müddətdə izləyib. Onlar müəyyən ediblər ki, buraxılışdan sonra sosiometrik statusu daha yüksək olanlar, sosial-iqtisadi statusunun daha yüksək olduğu həmkarları ilə müqayisədə özlərini daha xoşbəxt hiss edirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər