Sən demə cavab çox sadə imiş. 30 milyon dollar. Əgər onları banka qoysaq, il ərzində 2,5 mln dollar qazanmaq olar (inflyasiyanı 1,8 mln dollar nəzərə alaq. Bu pullar aşağıdakı formada xərclənir:
– Yaşayış yeri: ildə 0,2 mln dollar. Yaxşı bir ev üçün kredit ödənişi. Normandiyada qəsr olmasa da, sanballı mənzildir.
– Avtomobil: 01 mln dollar. Porsche Cayman səviyyəsində iki əla avtomobil üzrə kredit ödənişi.
– Qidalanma: ildə 50 000 dollar, ay ərzində isə təqribən 4000 dollar evdə qidalanmağa və arada bir restoranlarda şam etməyə də kifayət edər.
– Geyim: il ərzində 25 000 dollar sizə, həm də bütün ailəyə kifayət qədər baxımlı və gözəl geyinməyə kifayət edər, təbii ki, əgər məqsədiniz bütün məşhur modelyerlərin kolleksiyalarını almaq deyilsə.
– Səyahət və istirahət: il ərzində 0,3 mln dollar ilə hər hansı bir ekzotik ölkəyə 4 həftəlik səyahət edə bilərsiniz. Əlbəttə ki, 1-ci sinif sərnişinlər üçün nəzərdə tutulan yerlərdə.
– Əyləncə: il ərzində 50 000 dollar demək olar ki, istənilən hobbi sahibini məmnun etməyə kifayətdir.
– Yaxta: il ərzində 0,3 milyon dollar kreditin qarşılanması və istismarı üçün lazım olan məbləğ. Yaxtasız zəngin insan nəyə gərəkdir.
– Gündəlik ləvazimatlar: il ərzində 0,2 milyon dollar – akustik sistemlər, noutbuklar və sizə məişətdə xoş təəssürat verəcək digər xırdalıqlar.
– Xidmət: 50 000 dollar – məşqçilər, repetitorlar, sürücü və xadimələr. Onlar həyatımızı daha asan edir.
– Ailə: 0,2 milyon dollar – uşaqların yaxşı təhsili, valideynlərə dəstək.
– Cib xərcliyi: İl ərzində 175 000 dolları isə özünüzün digər ehtiyaclarınız və istəklərinizin təmin edilməsinə yönləndirə bilərsiniz. Sağlamlığın qeydinə qalmaq, investisiya və s.