10 C
Baku
Thursday, December 12, 2024

“Xpeng” 157 min dollara uçan elektromobil təqdim edib

Çinin elektromobil istehsalçısı “Xpeng Motors” təkcə ictimai yollarda hərəkət edən deyil, həm də havada uçan avtomobil təqdim edib.

Banke.az xəbər verir ki, “HT Aero”nun istehsalı 2024-cü ildə başlayacaq və qiyməti 1 milyon yuandan (157 min ABŞ dolları) az olacaq.

İkinəfərlik “HT Aero” paraşüt sisteminə malikdir, onu klassik sükan və joystik vasitəsilə idarə etmək mümkündür. Havada avtomobil 130 km/s sürət yığa bilir, aparatın maksimum uçuş müddəti isə təxminən 25 dəqiqə təşkil edir.

Qeyd edildiyi kimi, “Xpeng” uçan avtomobilin inkişafı və istehsalı üçün 500 milyondan dollardan çox investisiya cəlb edib. Hal-hazırda şirkətin qarşısında hüquqi tənzimləmə və havada hərəkətin təhlükəsizliyi ilə bağlı bir sıra məsələlərin həlli vəzifəsi dayanır.

Xatırladaq ki, Cənubi Koreyanın “Hyundai Motor Co.” və İngiltərənin “Urban-Air Port” şirkətləri də yaxın beş ildə dünyanın 65 ölkəsində 200-dən çox uçan taksi istifadəyə verməyi planlaşdırırlar. Layihənin reallaşdırılması 2022-ci il üçün nəzərdə tutulub. İlk stansiyalar Koventri, London və Los-Anceles şəhərlərində açılacaq.

Son xəbərlər
Digər xəbərlər