Xristofor Kolumbun transatlantik səyahətləri ərzində istifadə etdiyi xəritədən araşdırmaçılar çoxspektrli təsvirlər vasitəsilə heyrətamiz əlavə məlumatlar əldə etmişlər.
Kolumbun istifadə etdiyi dünya xəritəsi alman xəritəçi Henrikus Martellus tərəfindən yaradılıb. Xəritə qorunub saxlanılmış və 1962-ci ildə Yale universitetinə bəxş edilmişdi. Alimlərə xəritənin dəqiqliyini qiymətləndirmək elə də asan deyildi. Belə ki, 15-ci əsrdən kifayət qədər çox vaxt keçmişdi və o demək olar ki, solğunlaşmışdı.
Yaranmış problemi həll etmək üçün araşdırmaçılar çoxspektrli visuallaşdırmadan istifadə etmişlər. Onun mahiyyəti ondan ibarətdir ki, xəritənin müxtəlif spektrlərdən şəkli çəkilir, daha sonradan isə çəkilən şəkillər xüsusi proqram təminatı vasitəsilə təhlil edilir.
Araşdırma müəllifi Çet Van Duzerin sözlərinə görə, onlar təxmin etdiklərindən daha çox məlumat əldə etmişlər. Yeni texnologiya Yer Kürəsinin müxtəlif nöqtələrində yaşayan əhali və şəhərlər haqqında bir sıra gizli detalları öyrənməyə imkan vermişdir. Maraqlı qeydlərdən biri Cənubi Asiyada yaşayan panotiya xalqı haqqında idi. Onlar şərab içmir və taxıl yemirdilər. Sadəcə maral ovu sayəsində sağ qalırdılar.
Həmçinin xəritənin yaradılarkən Misir xəritəsi və Marko Polo-nun səyahətləri haqqında əhvalatlar kimi müxtəlif mənbələrə istinad edilməsi barədə də məlumatlar verilmişdir.