12 C
Baku
Monday, November 18, 2024

Xroniki yorğunluq sindromunun yaratdığı məhsuldar vərdişlər

Enerji dolu olsan da, ağlında tutduğun plana riayət etmək kifayət qədər çətindir, gücün tükəndiyi halda isə tamamilə mümkünsüzdür. Mən də hər zaman özümü belə hiss edirdim, amma yenə də öz biznesimi açmağı və xroniki yorğunluqdan qurtulmağı bacardım.

Bunu effektiv olmağı və imkanlarımla bağlı məhdudiyyətləri qəbul etdikdən sonra bacardım. Hər şeydən əvvəl, qətiyyətə və müəyyən ardıcıllığa ehtiyacım olduğumu başa düşdüm və gündəlik fəaliyyətimdən başladım.

Və bilirsiniz nə baş verdi? Bu məhdudiyyətlər uğurlarımın açarı oldu. Səmərəliliyi diqqətə almağım sayəsində məhsuldar vərdişlərə yiyələndim. Və budur, yorğunluğun karyeramın inkişafına müsbət təsir göstərdiyini söyləyə bilərəm.

2017-ci ildə xroniki yorğunluq sindromuna tutuldum. Gün ərzində enerjim çox az olurdu. Təsəvvür edin ki, böyük bir layihə üzərində işləyirsiniz. Az yatırsınız, yemək yeməyi və hətta öz ad gününüzü belə unudursunuz. İndi isə davamlı olaraq bu vəziyyətdə olduğunuzu düşünün. Yorğunluq sindromu məni normal işimi görmək imkanından məhrum etdi. Ürək döyüntülərinin və həyəcanın artması isə bir neçə ay evdə oturmağıma səbəb oldu.

İlk gündən müalicə olunmağa qərar verdim. Və başa düşdüm ki, gəlir və dəstək olmadan öz biznesimi qurmaqdan başqa bir yolum yoxdur. Güclü yorğunluğa və emosional tükənməyə baxmayaraq, pul qazanmalı idim. İndi səhhətim xeyli yaxşılaşıb və bütün günü frilans yazıçı kimi işləyirəm. Qeyd edim ki, hər zamankindən daha çox qazanıram.

Çox aşağı zehni resursla işləməyi öyrəndim. Davamlı tükənməyə baxmayaraq, uzunmüddətli perspektivdə məhsuldar olmağı bacardım. Çox güman ki, sizdəki xroniki yorğunluq deyil. Buna baxmayaraq, tükənməyə də tez-tez rast gəlmək olar, xüsusən gündəlik işinizin çərçivəsindən kənara çıxan layihələriniz varsa.

Uzun yol

Layihəm xroniki xəstəlikdən tamamilə qurtulmaqdan ibarət idi. İlk növbədə, özümü “uzanacaq bir oyuna” hazır etdim. Düşünürəm ki, bir ildə edə biləcəyimiz şeyləri olduğundan daha yüksək qiymətləndiririk, on illik planlarımızı isə əksinə  – aşağı. Bilirdim ki, xroniki yorğunluq sindromundan qurtulmaq üçün çox vaxt tələb olunur (əgər ümumiyyətlə qurtulmaq mümkün olursa). Bununla barışandan sonra hər günümü qətiyyətlə qarşılamağa başladım.

Müqayisə edin: səhhətimlə bağlı problemlərdən öncə bir ildə tamamlamaq istədiyim səkkiz fərqli layihəm var idi. Qeyd edim ki, resursunuz tükəndiyi zaman məhsuldar olmaq üçün ilk olaraq daha geniş düşünməlisiniz. Yəni artıq müəyyən etdiyiniz, lakin yalnız uzunmüddətli perspektivə həyata keçirməyi düşündüyünüz hədəfə can atın.

İllərlə çalışmalı olduğunuzu dərk edib intensivliyə daha az, ardıcıllığa isə daha çox diqqət ayırmağa başlayacaqsınız. Yanacaq çənləriniz boş olduqda və zehni ehtiyatlarınız tükəndikdə, intensivlik heç bir nəticə vermir. Qətiyyət və ardıcıllıq – sizin ən yaxşı dostlarınızdır.

Evdən edə biləcəyim bir işə ehtiyacım olduğunu bilirdim. Eyni zamanda, hansı müalicənin nəticədə işləmə qabiliyyətimi bərpa edəcəyini başa düşürdüm. Yazıçılıqdan ilk dəfə pul qazanmağım təxminən iki il çəkdi. Qeyd edim ki, sağlamlığımı 70%-dək bərpa edən müalicə proqramına $350 xərcləməli oldum. Əgər tarixlərə qapılsaydım, bu şkala məni dəli edəcəkdi. Bunun əvəzinə, iki il ərzində həkimə minimum müraciətlə, heç bir dərman qəbul etmədən on illərlə davam edə biləcək xəstəlikdən qurtuldum.

Zaman şkalasını qısaldın

Uzanmış oyun – qətiyyətinizin düzgün ayarıdır. Zaman şkalasının qısaldılması gündəlik işlərinizə aiddir. Panika, istilik və başgicəllənmə kimi simptomları olan xəstəliyə düçar olduqda, növbəti həftə və ya ay haqqında düşüncələr sizi daha çox yora bilər.

Mən bütün diqqətimiz yalnız bir günə yönəldəndə daha məhsuldar olurdum. Son tarixlərdən narahat olmaq əvəzinə, davamlı olaraq hədəflərimə doğru addımlayırdım.

Növbəti həftə haqqında düşünmək üçün çox yorğun olduğunuzu zaman, bu günü düşünün. Bu gün haqqına düşünmək üçün çox yorğun olduğunu zaman, növbəti saatı düşünün. Zaman şkalasını ehtiyac duyduğunuz qədər qısaldın.

Əvvəlcə ən vacib şeyləri edin

Psixologiyamızda vacib işləri sonraya saxlamağa məcbur edən bir şey var. Hər dəfə ən vacib tapşırıq barədə düşünəndə hazırlaşmağı, öyrənməyi və planlaşdırmağı davam etdirməli olduğumu hiss edirəm. Həqiqətən işləmək istəyəndə isə yoruluram və ya diqqətim yayınır.

Buna görə əvvəlcə ən vacib işlərimi etməyə başladım. Və hər şey dəyişdi.

Hər gün hazırda həyatımı yaxşılaşdıracağını düşündüyüm beş əsas tapşırığı yazıram. Müqavimət – güclü kompasdır.

Sonra ən vacib olanı seçirəm və işə başlayıram.

Bütün günü heç nə etmirəmsə, məqsədlərimə çatmaq üçün heç olmasa bir işi yerinə yetirirəm. Buna gündə yalnız 20 dəqiqə vaxt ayırsanız da, böyük artıma nail olacaqsınız. Bəzən böyük çətinliklə düşünürdüm, amma qətiyyətim sayəsində işləməyə davam edirdim və nəticədə uğur qazandım.

Məcburi istirahət

Ardıcıllıq – məhsuldar iş üçün aparıcı amildir, bu səbəbdən tükəndiyiniz zaman edə biləcəyiniz ən pis şey istirahətdən imtina etməkdir. Bu təlimatda intensivliyə deyil, məhsuldarlığa diqqət yetirilir. Xəstə olduğum müddətdə özünü saatlarla işləməyə məcbur etmirdim, sadəcə 20 dəqiqəyə fokuslanırdım. Və bu formulda işqoliklik yoxdur.

Mən həm iş, həm də istirahət sayəsində uğurlu oldum. Tükənməyə cavab olaraq özümü daha çox idarə etməyə çalışmırdım.

Əgər 20 dəqiqəlik işdən sonra özümü yorğun hiss edirdimsə, dayanıb taymer qururdum və yatmağa gedirdim. Oyanandan sonra iş masasına qayıdırdım və daha 20 dəqiqə işləyirdim. Bəzən bir neçə saat ərzində işə güc verirdim. Bəzən – cəmi 20 dəqiqə.

Necə olursa olsun, gücüm tükənəndə özümə istirahət etmək imkanını verirdim: televizora baxırdım, kitab oxuyurdum, podkastlar dinləyirdim və ya video oyunlar oynayırdım. Belə istirahət mənə davamlı işləməyə və xroniki yorğunluqdan qurtulmağa kömək edirdi.

Nəticə

Ən vacib işlərə diqqət yetirilməsinə yönəlmiş qrafik yaratmaq üçün bu fəlsəfədən istifadə etdim. Özümdən tələb etdiyim tək şey – hər gün onlara 20 dəqiqə ayırmaq idi. Əgər 20 dəqiqə sonra dayanmaq istəyirdimsə, dayanırdım. Bir az yuxuya gedirdim və ya yenidən cəhd edirdim. Sonda isə özümü istirahətlə mükafatlandırırdım.

Mən qolları çırmalayıb və çox çalışmağın tərəfdarıyam. Lakin özünüzü yorğun və tükənmiş hiss edirsinizsə, effektivlik və daimilik sizə kömək edəcək. Bu, tısbağa və dovşan, qarışqa və çəyirtkə hekayəsinə bənzəyir. İntensivlik sizi irəliyə apara bilər, amma asta-asta hərəkət edərək də məqsədinizə çatacaqsınız.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər