10 C
Baku
Friday, December 13, 2024

Xroniki yorğunluqdan necə azad olmaq olar?

Müasir insan müxtəlif məlumatlar ilə əhatə olunub. Bu məlumatlar yeni təklif və xidmətlər, elm və texnika sahəsindəki yeniliklər haqqındadır.

Xroniki yorğunluğun səbəbləri

Yorğun, gücdən düşmüş və zəif insan həyatdan zövq almağı bacarmır.

Yüksək iş qabiliyyətinin və həyat enerjisinin əsası yaxşı istirahətdir.

Xroniki yorğunluqdan azad olmaq və gümrah olmaq üçün «gərginlik-istirahət» tərəzilərinizi tarazlamalısınız. Bunların öhdəsindən gəlmək üçün mütəmadi olaraq bir sıra kompleks idman hərəkətləri etmək lazımdır.

İlk növbədə əllərimizə diqqət yetirək. Ovuclarımız və barmaqlarımızın uclarını enerjili hərəkətlərlə isidək. Hər iki əlimizdəki barmaqlarımızın uclarını bir-birinə vuraq və yenidən ovuclarımızı bir birinə sürtək. Bu massaji ovcumuzda xoş istilik və barmaqlarımızın ucunda döyüntü əmələ gələnə qədər davam edirik.

Artıq biz əsas idman hərəkətlərinə başlaya bilərik. Bizim məqsədimiz başın, üzün və boynun əzələlərini rahat vəziyyətə gətirməkdir. Çünki məhz bu orqanlarda gərginliyin əsas çəkisi toplanır.

Beləliklə beş asan hərəkətlərlə siz xroniki yorğunlqdan azad ola biləcəksiniz.

1 . Başınızı sığallayın. Yüngül hərəkətlərlə təpədən boynunuza qədər özünüzü massaj edin. Bu prosess sizə xoş təəssüratlar və rahatlıq hissi bəxş etməlidir.

2 . Daha sonra isə barmaqlarınızın ucları ilə göz qapaqlarınızı sığallayın. Barmaqlarınızın istiliyi gözlərinizin gərginliyini və yorğunluğunu alacaq.

3 . Sonra isə gicgahlarımıza keçirik. Dairəvi şəkildə hərəkətlərlə onları massaj edirik. Gicgahlarımızdan qulaqlarımıza tərəf.

4 . Demək olar ki, idman hərəkətlərimiz qurtarıb. Yalnız boynumuz qalıb. Ehtiyatlı sığallayacı hərəkətlərlə barmaqlarımızı çənəmizin altından boğazımız boyu aparırıq. Sonra isə körpücük sümükləri boyunca boynumuz yan əzələlərinə və yuxarı alt çənəyə qədər massaj edirik.

Bu hərəkətləri bir neçə dəfə təkrar edirik. Dərin nəfəs alırıq.

5 . Əllərinizi ombalarınıza qoyun və sadəcə olaraq səssizlikdən, rahatlıqdan zövq almağa çalışın. Gündəlik işlərinizə qayıtmağa hazır olanda bunu böyük məmnuniyyətlə edin və gülümsəyin.

Son xəbərlər
Digər xəbərlər