Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda nəzərdə tutulan işlərin 50%-i tamamlanıb.
Bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib.
Qeyd olunub ki, yolun tikintisinə 2021-ci ildə başlanılıb və bu ilin sonuna kimi tamamlanması nəzərdə tutulur.