20 C
Baku
Sunday, October 5, 2025

Xurma bağlarında yığılıb qalan məhsullar – Fermerlər alıcı tapa bilmirlər

Yetişdirdikləri xurmanı sata bilmirlər…

Bərdəli fermerlər deyirlər ki, keçən il yaxşı satılan xurmaya bu il hələ ki alıcı tapılmır.

Alıcının az olması fermerləri məhsullarını dəyərindən aşağı qiymətə satmaq məcburiyyətində qoyur.

Fermerlər onu da bildiriblər ki, qeyri-sabit hava şəraitinin məhsulları yararsız hala salmaması üçün meyvələr ağacdan toplanaraq qablaşdırılıb.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzindən şifahi olaraq bildirildi ki, bir çox fermerlər becərdikləri məhsulların bazara çıxarılmasını daha da asanlaşdırmaq üçün KTN-nin saytında “Aqrar bazar” portalı səhifəsi vasitəsilə əllərində olan məhsulu alıcılara təklif edirlər. Bərdəli fermerlər də bu imkandan yararlanan bilərlər.

Son xəbərlər
Digər xəbərlər