4 C
Baku
Tuesday, March 5, 2024

Xurma satışında alıcılıq qabiliyyəti aşağı düşüb

Zaqatala rayonunda xurma yığımına başlanılıb. Kənd təsərrüfatının ixrac potensialı yüksək olan xurmaçılıq şimal-qərb bölgəsində olduqca geniş yayılıb. Əsasən Zaqatala və Balakən rayonlarında xurma bağları çoxluq təşkil edir. Bu məhsul isə fermerlər tərəfindən Rusiya bazarlarına çıxarılır. Əvvəlki illərlə müqayisədə bu il fermerlər məhsul satışında problemlə üzləşiblər.

Bu barədə xurmaçılıqla məşğul olan fermerlər məlumat verib.

Onların sözlərinə görə, daxili və xarici bazarlarda xurmanın şişburun sortuna tələbat yüksəkdir. Fermerlər alıcı qabiliyyətinin aşağı düşməsindən şikayətləniblər: “Artıq bir-neçə gündür ki, xurma yığımına başlamışıq. Xurma yığımına başlanılmasına baxmayaraq daxili və xarici bazarlara xurma tədarük edən sahibkarlar tərəfindən alıcılıq qabiliyyəti ötən illərə nisbətən xeyli azalıb. Buna səbəb isə Rusiya və Ukrayna arasında gedən müharibədir. Ötən il çeşidindən asılı olaraq şişburun xurma sortunun tək cərgə olan bir yeşiki 4-6 manata alınırdısa, bu il qiymət hələ də məlum deyil”.

Rayonda istehsal edilən xurma yerli tədərükçülər tərəfindən fermerlərdən alınaraq Rusiya və Ukrayna bazarlarına göndərilir. Xarici bazarlara xurma tədarükü ilə məşğul olan şəxslərin bildirdiyinə görə bu gün ərazisində müharibə getdiyi üçün Ukrayna bazarlarına xurma göndərmək mümkün deyil.

Hazırda xurma təkcə Rusiya bazarlarına göndərilir. Məlumata görə, Rusiya ilə Azərbaycanın sərhəd keçidində isə Rusiya tərəfə xurmanın keçirilməsində gecikmələr yaranır. Heç bir səbəb göstərmədən yük avtomobilləri saxlanıldığına görə uzun növbələr və gecikmələr olur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər