15 C
Baku
Saturday, April 20, 2024

Xüsusi notariusların istirahət günlərində xidmətlərinin dəyəri yeni qaydada hesablanacaq

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 13.02.2019-cu il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi notarius tərəfindən notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparılması Qaydası”na dəyişiklik edilib.

Bu barədə Ədliyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, xüsusi notariuslarda xidmət haqqına dəyişiklik olunub. Belə ki, xidmətə sərf edilən bir saatlıq əməyin dəyəri Azərbaycan Respublikasında fəaliyyət göstərən notariusların cəminin əvvəlki il üzrə bir saatlıq orta gəlirlərinin (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) Bakı şəhəri üzrə 0.3 mislinə, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 0.2 mislinə, digər regionlar üzrə isə 0.15 mislinə bərabərdir.

Xüsusi notariuslar tərəfindən xidmətə görə haqqın məbləğinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən notariusların cəminin əvvəlki il üzrə bir saatlıq orta gəlirləri (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən hər ilin yanvar ayının 10-dək “Elektron notariat” informasiya sistemi vasitəsilə onlara göndərilir”.

Qeyd edək ki, bundan əvvəl xidmətə sərf edilən bir saatlıq əməyin dəyəri hər bir notariusun əvvəlki il üzrə bir saatlıq orta gəlirinin (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) 2 mislinə bərabər idi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər