18 C
Baku
Monday, May 27, 2024

XX əsrin maraqlı ixtiraları – I hissə

  • 1900-cü il kağız üçün skrepka – İohan Vaaler, Norveç.
  • 1900-cü il səsli film – Leon Qomon, Fransa.
  • 1900-cü il Dirijabl – almaniyalı dirijabl dizayneri Ferdinand Fon Çeppelin.
  • 1901-ci il Təhlükəsiz ülgüc – amerikalı ticarətçi Kinq Keml Jillet.
  • 1903-cü il amerikan mühəndislər Orvill və Uilber Rayt təyyarədə ilk uçuşu həyata keçirmişlər.
  • 1903-cü il Rəngli karandaşlar – “Krayola”, ABŞ.
  • 1904-cü il Diod – britaniyalı mühəndis-elektrikçi Con Ambroz Fleminq.
  • 1907-ci il Paltaryuyan maşın – Alva C. Fişer.
  • 1909-cu il fransız mühəndis Lui Blerio La-Manş üzərində uçuş həyata keçirib.
  • 1909-cu ildə amerikalı tədqiqatçı Edvin Piri Şimal qütbünə gedən ilk şəxs.
  • 1910-cu il Mikser – Corc Smit və Fred Ozius, ABŞ.
  • 1911-ci ildə norveçli tədqiqatçı Rual Amendson – Cənub qütbünə gedən ilk şəxs.
  • 1912-ci il Britaniyalı zabit Robert Falkon Skott – Cənub qütbünə gedən ikinci şəxs.
  • 1912-ci il Reflektor – “Bellinq Ko” – ABŞ.
  • 1913-cü il Avtopilot – Elmer Spiri, ABŞ.
  • 1915-ci il Əleyhqaz – alman kimyagər Friç Xaber.
  • 1915-ci il Karton süd qutuları – Van Bormer, ABŞ.
  • 1916-cı il Mikrafon – ABŞ.
  • 1916-cı il Tank – britaniyalı Uilyam Tritton.
  • 1917-ci il Şam ağacları üçün elektrikli fənərlər – ispan əsilli amerikalı Albert Sadakka.
  • 1917-ci il Şok terapiyası – Böyük Britaniya.
  • 1920-ci il Fen – ABŞ.
  • 1921-ci il Yalan dedektoru – Con A. Larsen (ABŞ).
  • 1926cı il Ağ-qara televizor – şotlandiyalı ixtiraçı Con Loqi Bayrd.
  • 1927-ci il Süni tənəffüs aparatı – tibb sahəsində tədqiqatlar aparan Filipp Drinker.
  • 1928-ci il Pensillin – şotlandiyalı Aleksandr Fleminq tərəfindən yaradılan ilk antibiotik.
  • 1928-ci il Saqqız – Uolter E. Dimer, ABŞ.
  • 1929-cu il Yo-Yo oyuncağı – Pedro Flores, Filippin.
  • 1930-cu il Çoxmərtəbəli dayanacaq – Paris, Fransa.
  • 1930-cu il Elektron saat – Penvud Numekron.
  • 1930-cu il Skotç – Riçard Dryu, ABŞ.
  • 1930-cu il Dondurulmuş qidalar – Klarens Birsey, ABŞ.
  • 1932-ci il Dayanacaqda sayğac – amerikalı ixtiraçı Karlton Maqi.
  • 1932-ci il Elektrik gitara – Adolfus Rikenbaket, ABŞ.
  • 1933 – 1935-ci illər Radar – Rudolf Kyunhold və Robert Vatson-Vatt.
  • 1934-cü il Neylon corablar – amerikalı kimyagər Wallace Hume Carothers.
  • 1936-cı il Qida zənbilləri və yük arabaları – Silvan Qoldmen və Fred Yanq, ABŞ.
  • 1938-ci il Surətçıxarma cihazı – amerikalı hüquqşünas Çester Karson.
  • 1938-ci il Diyircəkli qələm – Laslo Biro.
  • 1940-cı il Mobil telefon – “Bell Telefon Laboratories”, ABŞ.
  • 1943-cü il Akvalanq – fransız okeanoqraf Jak-İv-Kusto.
  • 1946-cı il Elektron kompüter – Con Presper Ekkert və Con Moukli, ABŞ.
  • 1946-cı il Mikrodalğalı soba – Persi lebaron Spenser, ABŞ.
  • 1948-cı il Patefon plastinkalarını radio aparatı ilə səsləndirmək üçün cihaz – “CBS Corporation”, ABŞ.
  • 1950-ci il Uzaq məsafədən idarəetmə cihazı – “Zenith Electronics Corporation”, ABŞ.
  • 1950-ci il Kredit kartı – Ralf Şneyder, ABŞ.
Son xəbərlər
 ⁠
Digər xəbərlər