“Göyqurşağı” – zamanı məhsulun bir növü digər bir növ ilə dəyişdirilirdi. Bu üsul əsasən qəssablar tərəfindən populyarlıqla istifadə edilirdi və müştərinin xəbəri olmadan ət başqa ətlə dəyişdirilirdi.
“Çeşid genişliyi” – zamanı müştəriyə yüksək keyfiyyətli məhsul göstərilsə də, aldadılaraq aşağı keyfiyyətli məhsul satılırdı.
“Kağız fırıldaqçılığı” isə kiçik həcmli və yüngül məhsulların satışı və çatdırılması zamanı istifadə edilirdi. Müəyyən bir məhsul iki qat, qalın kağız parçasına bükülürdü ki, buda tərəzidə məhsulun ağır gəlməsinə səbəb olurdu.
“Kassaya səyahət” fırıldaqçılığı isə hər kəsə etibar edən insanlar üçün nəzərdə tutulmuş fırıldaqçılıq idi. Satıcı müştərini gülərüzlə kassaya göndərir və o pulu ödəyənə qədər məhsulu aşağı keyfiyyətli məhsul ilə dəyişdirilirdi.
“Zərbə” fırıldağı cəld tərpənməyi tələb edirdi. Satıcılar məhsulu zərblə tərəzinin üzərinə qoyurdular və bu təsirdən də tərəzi məhsulu ağır göstərirdi. Bundan sonra satıcı cəld davranaraq məhsulu tərəzidən götürüb onu tez bükməyə başlayırdı. Beləliklə də, müştərinin real çəkidən xəbəri olmurdu.
“Artıq çəki” fırıldağı satıcılar üçün xüsusi bir əhəmiyyətə sahib idi. Satıcı torbaya müştərinin istədiyindən artıq məhsul yığır və tərəziyə qoyur. Belə olduqda o müştərinin istədiyi çəkini bərpa etmək üçün məhsulun üstündən götürməli olur. Təbii ki, öz xeyrini də. Burada fırıldaq ondan ibarət idi, satıcı artıq gələn hissəni məhsul elə tərəzidə ikən götürürdü və o bunu elə sürətlə edirdi ki, tərəzinin göstəricisi elə olduğu yerdəcə qalırdı. Daha sonra o torbanı sürətlə tərəzinin üzərindən götürür və müştəriyə təqdim edirdi.
“Boşboğaz” fırıldağı ünsiyyətcil müştərilərə tətbiq edilirdi. Satıcı söhbət ilə müştərinin başını qatır və kiçik ağır kürəcikləri məhsulla birgə tərəzinin üzərinə qoyurdular. Bununla da məhsul olduğundan daha ağır görünürdü.
“Kölgə” fırıldağında satıcılar tərəzini piştaxtada elə yerləşdirirdilər ki, müştəri əqrəbin göstəricisinə nəzarət edə bilməsin. Adətən satıcı tərəzinin qarşısını öz bədəni ilə kəsirdi.
“7 xoşbəxtlik” fırıldağı çəkidə aldatmanın ən yüksək səviyyəsidir və bu zaman satıcı müştəriyə qarşı bildiyi bütün fırıldaqlardan eyni anda istifadə edirdi.