16 C
Baku
Saturday, April 27, 2024

XX əsrin pulları: dövriyyədən çıxmış banknotlar

Aşağıda təqdim edilən valyutalar reytinq əsasında tərtib edilməyib və redaksiyanın subyektiv qiymətləndirməsidir.

Fransa frankı:

İlk frank 1360-cı ildə Fransada zərb edilib və qızıl sikkə formasında idi. O zamandan etibarən çoxsaylı islahatlar nəticəsində Fransanın pul vahidi mütəmadi olaraq formasını dəyişirdi. XVIII əsrin sonunda ölkədə ilk kağız veksellər və assiqnasiyalar peyda oldu. XX əsrin əvvəlində isə qızıl və gümüş sikkələrdən tam olaraq imtina edildi.

1914-1959-cu illər Fransa frankının tarixində çoxsaylı və əhəmiyyətli devalvasiyalar və yüksək inflyasiya ilə yadda qalıb. Bununla əlaqədar olaraq dövriyyəyə müxtəlif nominalda, ölçüdə və müxtəlif görünüşə sahib yeni banknotlar buraxılırdı.

Bütün XX əsr boyu fransız banknotları yaradılarkən üzərlərində açar mövqeli element görkəmli elm və incəsənət xadimlərinin, siyasətçilərin, həmçinin tarixi şəxsiyyətlərin təsvirlərinin yer alması idi. 2002-ci ildə frankı avro əvəz etdi.

Əlcəzair dinarı:

Əlcəzair dinarı 1964-cü ildə, ölkənin Fransadan müstəqillik əldə edilməsindən sonra yaradıldı. Bu zaman dinar XIX əsrdən bəri dövriyyədə olan Əlcəzair frankını əvəz etdi. Bununla yanaşı, dinar yaradılana qədər ölkədə digər ölkələrin valyutaları da dövriyyədə iştirak edirdi.

İlk Əlcəzair dinarları öz iri ölçüsü, parlaq boyaları, həmçinin maraqlı təsvirləri ilə fərqlənirdi. Lakin digər ərəb ölkələrinin valyutaları kimi çox kövrək idilər və tez bir zamanda köhnəlirdilər. Banknotların ölçüsü isə nominalından asılı olaraq dəyişirdi. Hazırda nominalına görə ən kiçik banknot 100 dinar hesab olunur.

Çexoslavakiya kronu:

Çexoslavakiya kronu 1919-u ildə avstriya-macarıstan kronu ilə birgə dövriyyəyə buraxılır. 1919-1939-cu illərdə buraxılan banknotların üzərindəki nominal yalnızca çex və slovak dilində deyil, həmçinin alman, macar və rus dillərində də qeyd edilirdi. 1993-cü ildə Çexoslavakiyanın süqutundan sonra Çexiyada valyuta çex kronu, Slovakiyada isə slovak kronu ilə əvəz edilir.

1934-cü ildə buraxılan 1000 kron dəyərində olan banknotun əsas üzündə uşaqlara kitab oxuyan qadın, digər üzündə isə çexiualı tarixçi və siyasi xadim Frantişek Palaçkovun təsviri yer alıb.

1988-ci ildə buraxılan 20 kronun əsas üzündə çexiyalı pedaqoq, yazıçı, elmi pedaqogikanın banisi Yana Amos Komenskinin təsviri əks edilib. Banknotun digər üzündə isə əllərində kitab olun qadın və kiçi təsvir edilib.

Norveç kronu:

Norveç kronu dünyanın ən qədim valyutalarından biridir. Skandinaviya ərazisində şəxsi pullar 1000 ildən artıq bir müddət əvvəl peyda olub. Norveçdə ilk banknot isə Avropa dövlətlərinin əksəriyyətindən daha əvvəl, yəni 1695-ci ildə yaradıldı.

XX əsrdən başlayaraq 50-ci illərə qədər banknotun xarici görünüşündə cüzi miqdarda dəyişiklik edilib. Norveç 1-ci dünya müharibəsində fəal şəkildə iştirak etmir. 30-cu illərdə Avropa və Şimali Amerikada yaranmış böhran ölkə iqtisadiyyatına təsirsiz ötüşməsə də, vəziyyət digər ölkələrdə olduğu qədər ağır deyildi. Valyutanın denominasiya edilməsinə ehtiyac yox idi. Hökümət banknotun dizaynının dəyişdirilməsinə də heç bir ehtiyac görmürdülər.

Lakin əsrin ortalarına yaxın banknotun xarici görünüşü çox köhnəlir və müasir təhlükəsizlik tələblərinə cavab vermirdi. Təqribən 1955-ci ildə Norveç bankı yeni banknotlar buraxır. Bu zaman valyutaların əsas üz hissəsində siyasi xadimlərin, digər üzündə isə incəsənət abidələrinin, məşhur görməli məkanların təsviri yaradılır. Banknotun dizaynında növbəti köklü dəyişiklik isə 70-ci illərdə baş verdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər