24 C
Baku
Monday, April 29, 2024

XXI əsrin ən bahalı toyları

Hər kəsə bəllidir ki, toy mərasimlərinin keçirmə adəti getdikcə itir. Müasir cütlüklər pulları daha ağıllı şəkildə xərcləməyə üstünlük verirlər.

Lakin dövlətli insanlara bunu aid etmək olmaz. Onlar üçün nigaha daxil olmaq öz sərvətlərini nümayiş etmək üçün ələ düşmüş bir fürsətdir. Bu hər zaman belə olub və çox güman ki, belə də davam edəcək.

 Vanişa Mittal və Amit Bxatia

sipa 00495284 000017

Toy mərasiminə sərf olunan xərclərin miqdarı : 60 milyon dollar.

Keçirildiyi il: 2005

Vanişa Mittal uzun zaman ən çox istənilən gəlinlərin siyahısına başçılıq edirdi. Hind metallurgiya maqnatı Lakşmi Mittallın qızı olan Vanişa bir neçə milyard dollarlarla ölçülən cehiz alıb. 2004-cü ildə Vanişanın atası onun bankir olan Amit Bxati ilə nigahına xeyir-dua verir. Toy mərasiminin keçirilməsi üçün dünyanın ən romantik şəhəri olan Paris seçilir. Və şənlik bir həftə davam edir. Parisə cütlüyün 1000-ə yaxın qohumları və dostları gətirilir. Toy dəvətnamələri isə onlara gümüşdən hazırlanmış mücrülərdə göndərilmişdi. Qonaqlar o dönəmdə oraya digər ziyarətçilərin buraxılmadığıTüilri bağında gəzirdilər, möhtəşəm atəşfəşanlığa tamaşa edirdilər və Kayli Minouqun canlı ifasının sədaları altında rəqs edirdilər. Şənlikdə 5000 minə yaxın Château Mouton- Rothschild şərab şüşəsi içilmişdir və onlarla kiloqram kürə yeyilmişdir.

Şahzadə Uilyam və Keyt Middlton

svad2

Toy mərasimində sərf olunan xərclərin miqdarı: 34 milyon dollar

Keçirildiyi İl: 2011

2011-ci ildə bütün dünya Britaniya taxtının növbəti varisinin və onun Sent-Endrus universitetində tanış olduğu nişanlısının nigah mərasimini izləyirdi. Birləşmiş Krallığın bir çox sakinləri şənliyin xərclərinin bir qisminin dövlət büdcəsindən ödənilməsinə qarşı idilər. Ölkədəki problemli iqtisadi vəziyyətə baxamayaraq kral ailəsi toyda hələ yalnız güllərinə yüz min yarım funt ödəyir. Bir neçə milyon funt müdafiə tədbirlərinə və bir neçə min yüz funt 2000-ə yaxın qonaq üçün ərzaqlara xərclənilir. Keyt Middltonun ailəsinin də mərasimə maliyyə qatqısı olur. Onlar bu hala etiraz etmirdilər. Axı qızları bir şahzadə ilə ailə həyatı qururdu.

Andrey Melniçenko və Aleksandra Nikoliç

svad3

Toy mərasiminə sərf olunan xərclərin miqdarı: 30 milyon dollar

Keçirildiyi il: 2005

Andrey Melniçenkonun ailə həyatı quracağı ilə bağlı xəbərlər maqnat ilə evlənmək istəyənləri ümidsizliyə qərq edir. Rusiyalı biznesmen “Miss Yuqoslaviya” titulunun sahibi ilə evlənməyə qərar verir. Meliçenko və Nikoliçin nigahları yalnız rəsmi hissədən ibarət deyildi, onlar həm də ibadətgahda toy ayini də keçirdirlər. Məhz bu ayin üçün ibadətgahı sökümüş halda Podmoskovyedan Lazur Sahilinə, Antib şəhərinə gətirirlər. Toy mərasiminə şəxsi təyyarədə Kristina Agilera və Uitni Hyuston çatdırılırlar. Müğənnilərin hər birinə biznesmenin toy mərasimində iştirak etdiklərinə görə 3,5 milyon dollar pul ödənilir. Həmçinin onların siyahısına Xulio və Enrike İqlesias da qoşulurlar. Şənlikdə təqdim olunan təamlar məşhur fransız aşbazı Alen Dükassa həvalə edilmişdi.

Ueyn Runi və Kolin MakLafin

svad5

Toy mərasiminə sərf oluna əxrclərin miqdarı: 8 milyon dollar

Keçirildiyi İl: 2008

“Mançester Yunayted” futbol komandasının digər oyunçularından fərqli olaraq Ueyn Runi model və yaxud aktrisa ilə deyil, məktəb vaxtlarında tanış olmuş uşaqlıq dostu Kolin MakLafin ilə ailə həyatı qurur. Münasibətləri altı il davam etdikdən sonra cütlük evlənmək qərarına gəlir. Mərasim mütəvazi şəkildə keçirilir və cəmi iyirmi dəqiqə davam edir. Lakin daha sonra bu gözəl hadisə təm-tərahli şəkildə qeyd edilir. Cütlük qonaqları İtalyan Rivyerasının sahilində üç yaxtda qəbul edirlər. Şənlikdə iştirak edənlərin hər birinə tropik kəpənək hədiyyə olunub. Və təşkilatçıların işarəti ilə qonaqlar kəpənəkləri eyni anda havaya uçurublar. Runi və MakLaflin hədiyyə qəbul etməkdən imtina ediblər. Cütlük qonaqlara onlara veriləcək pul hədiyyələrini hər hansısa bir xeyriyyə təşkilatına bağışlamağı məsləhət görüb.

Çelsi Klinton və Mark Mezvinski

svad6

Toy mərasiminə sərf olunan xərclərin miqdarı: 5 milyon dollar

Keçirildiyi İl: 2010

ABŞ-ın keçmiş prezidentinin yeganə qızının toy mərasimi ciddi məxfilik başlığı altında keçirilirdi. Çelsi Klintonun və bankir Mark Mezvinskinin nigah mərasimləri Nyu-York ştatında, Raynbeke şəhərində təşkil olunub. Paparazzilərin şənliyə daxil olmasının qarşısını almaq üçün şəhərə gedən yollar və onların üzərindəki hava məkanı bağladılmışdı. Həmçinin qonaqlara xüsusi cihazlar yerləşdirilmiş bilərziklər təqdim olunmuşdu. Çelsi əsl amerikan gəlininə xas olan tərzdə gəlinliyini Klinton ailəsinin köhnə tanışı olan Vera Vonq dizaynerindən əldə edir. Möhtəşəm toy tortunun üzərində üç nəhəng iaşə şirkəti çalışıblar. Onların xidmətlərinin qiyməti 750 000 dollar təşkil etmişdi. Çelsi metodist, Mark isə yahudi olduqları üçün cütlük bir-birinə sədaqət andlarını həm pastorun, həm də rəbbin qarşısında veriblər.

Layza Minelli və Devid Qest

svad7

Toy mərasiminə sərf olunan xərclərin miqdarı: 3,5 milyon dollar

Keçirildiyi İl: 2002

“Kabare” filminin ulduzunun və amerikan prodüsserinin toylarını çox vaxt “Qremmi” mükafatının təqdim olunma mərasimi ilə müqayisə edirlər. Nyu-York hoteli Regentin dəhlizində kino və müsiqi aləminin məşhurları toplanmışdılar. Qonaqları Tonni Bennet əyləndirirdi, rəqs meydanında Dayana Ross və Mia Ferrou rəqs edirdilər. Bəyin sağdışı Maykl Cekson, gəlinin rəfiqəsi isə Elizabet Teylor idilər. Toy mərasimində təqdim olunan tortun qiyməti 40 000 dollar təşkil edirdi. Hər bir dəvətlinin aldığı hədiyyənin üzərində “Liza və Devid əbədi” yazılmışdı.

Lakin onlar əbədi olaraq birlikdə qalmırlar. Bir il yarımdan sonra Qets və Minelli boşanmaq qərarına gəlirər. Onların ayrılığı mülkiyyətin bölünməsi haqqında səs-küylü məhkəmə iddiası ilə müşahidə olunur.

Xizer Mills və Pol MakKartni

svad8

Toy mərasiminə sərf olunan xərclərin miqdarı: 3 milyon dollar

Keçirildiyi İl: 2002

Pol MakKartninin Xizer Mills ilə ailə həyatı qurmaq qərarı musiqiçinin pərəstişkarları və ailəsi tərəfindən birmənalı qarşılanmamışdı. Əksəriyyət gəlinin MakKartniyə aşiq olduğu üçün deyil, madiyyat güddüyü üçün evləndiyini düşünürdü. Lakin ser Pol ilə mübahisə etmək faydasız idi. 2002-ci ilin iyun ayında orta əsr İrland qalasında onların toy mərasimi baş tutur. Şənlikdə The Beatles qrupunun xitləri səslənirdi. Qonaqlar arsında Rinqo Starr da var idi. Axşam göy üzü qiyməti 100 000 avro olan atəşfəşanlıqla işıqlandı. MakKartni evlilik müqaviləsini imzalamaqdan imtina edir. Bunu onun Millslə bir-birilərinə duyduqları hissləri pul ilə ölçməyin mümkün olmadığı ilə əlaqələndirir. Sonradan müsiqiçi uzaqgörən olmadığı üçün özünü çox sərt mühakimə edirdi. Boşanmadan sonra MakKartinin bir zamanlar sevimli həyat yoldaşı olan Mils ondan əmlakının böyük bir hissəsini almağa çalışıb.

Elizabet Xerli və Arun Nayar

svad9

Toy mərasiminə sərf olunan xərclərin miqdarı : 2, 5 milyon dollar

Keçirildiyi il: 2007

Britaniya aktrisasının və hind milyarderinin nigah mərasimləri səkkiz gün davam edib. İlk olaraq onlar kəbnlərini İngiltərədə yerləşən kilsədə kəsirlər. Keşişin yanına qədər Elizabet Xerlini Elton Con müşahidə edirdi. Sonra isə cütlük iki yüzə yaxın qonaqlarla birlikdə Coxpura gedirlər. Və bir neçə qonaqlıqlardan sonra hindu ənənəsinə əsasən nigaha daxill olurlar. Ayinin keçirilməsi üçün bir zamanlar maxaracilərin iqamətgahı olan Umaid Bhawan Palace hoteli seçilmişdir. Öz həmkarlarından fərqli olaraq Xerli toy mərasiminin təşkil olunmasında fəal iştirak edirdi. Dəvət olunmuş hər kəsə “Kamasutra” hədiyyə olunması da onun ideyası idi.

Tom Kruz və Keti Xolms

svad10

Toy mərasiminə sərf olunan xərclərin miqdarı: 2 milyon dollar

Keçirildiyi il: 2006

Pressa hələ də Tom Kruz və Keti Xolmsun boşanma xəbərlərini işıqlandırır. Bir müddət əvvəl isə qazetlər onların İtaliyada Odeskalki qalasında keçirilən toy mərasiminin şəkilləri ilə dolu idi. Nigah Tom Kruzun daxil olduğu sayentoloji kilsəsinin qanunlarına uyğun şəkildə təşkil olunmuşdu. Nigah mərasimindən sonra şənlik təşkil olunmuşdu. Cütlük qonaqlarla birlikdə pop-xitlərin sədaları altında rəqs edir, hədiyyələr qəbul edir, Dal Bolognese restoranının aşbazları tərəfindən hazırlanan italyan mətbəxinin yeməklərindən zövq alırdı. Şənlikdə Andrea Boçelli öz ifası ilə qonaqları salamlayırdı. Bruk Şılds, Cim Kerri, Cenifer Lopez və Bekxem cütlüyü yenievlilərin şərəfinə sağlıqlar deyirdilər. Toyun təşkilatçısı vəzifəsinə məşhur dizaynerin qohumu Roberta Armani dəvət olunmuşdu. Armani özü isə bəy və gəlinin libaslarının dizaynını tərtib etmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər