8 C
Baku
Monday, December 23, 2024

XXI əsrin ən yaxşı kitabları hansılardır?

Amerikanın ədəbiyyat jurnalı olan The Millions XXI əsrin ən yaxşı 20 kitabının siyahısını nəşr edib. Jurnal reytinqin iki variantını tərtib edib. Birinci variant jurnalın oxuyucuları tərəfindən Facebookda xüsusi qrupda səs verilərək, ikinci variant isə jurnalın 56 eksperti tərəfindən yaradılmışdır. Aşağıda isə biz sizə oxuyucuların səs vermələri nəticəsində tərtib edilmiş reytinqin 10 pilləsini təqdim edirik:

1. “Yol”, Kormak Makkarti.

Oxucuların səs verməsi nəticəsində sərt realizmi ilə məşhur və insan təbiətini boyasız, romantikasız olduğu kimi təqdim edən Komrak Makkartinin “Yol” kitabı reytinqdə ilk pilləyə layiq görülmüşdür.

2. “Oskar Uo-nun qısa və heyrətamiz ömrü”, Juno Dias.

2007-ci ilin yarı avtobioqrafik əsəri Dominikan əsilli amerikalı yazıçı Juno Dias tərəfindən yazılıb. Bu əsərdə Nyu-Cersidə böyüyən və zamansız vəfat edən kök və çox bədbəxt bir uşağın taleyindən bəhs edilir.

3. “2666″ Roberto Bolano.

Əsər çilili yazıçı Roberto Bolano (1953-2003) tərəfindən yazılıb. Roman 5 hissədən ibarətdir və yazıçı ölümündən sonra uşaqlarının həyatını təmin etmək məqsədilə bu hissələri ayrı-ayrı kitab halında satmağı planlaşdırırdı.

4. “Orta cins” Jeffrey Eugenides.

Yunan əsilli amerikan yazıçı tərəfindən yazılmış bu əsər Berlində 2003-cü ilin Pulitzer mükafatına layiq görülmüşdü.

5. “Bulud atlası” David Mitchell.

“Bulud atlası” güzgü labirintinə bənzərdir və burada sanki 6 səs bir-birindən ayrılır.

6. “Kəffarə”, Ian McEwan.

“Kəffarə” romanı iki hissədən ibarətdir və mövzu və quruluş baxımından yazıçının digər əsəslərindən tamamilə fərqlənir.

7. “Cavalier və Clay-in macəraları”, Michael Chabon

İki avropalı gənc İkinci dünya müharibəsi zamanı Amerikada komiks krallarına çevrilirlər. Burada onlar öz incəsənətləri sayəsində zalım qüvvələrlə və onların yaxınlarını əsirlikdə saxlayıb məhv etmək istəyənlərlə mübarizə aparırlar.

8. “Dəyişikliklər” Jonathan Franzen.

Əsərdə ironik şəkildə atalar və oğulları arasında əbədi münaqişənin dərin anlaşması təsvir edilib.

9. “Gilead”, Marilynne Robinson

Əsərdə hadisələr 1956-cı ildə Ayova ştatı, Gilead şəhərciyində cərəyan edir. Kitab 76 yaşlı keşişin öz 7 yaşlı oğluna yazdığı gündəlik formasında olan məktubdan ibarətdir.

10. “Ağ dişlər”, Zadie Smith.

Bu əsər son illər Britaniya ədəbiyyatında peyda olan ən parlaq və uğurlu debüt edən əsərlərdən biridir.

Son xəbərlər
Digər xəbərlər