13 C
Baku
Sunday, November 24, 2024

XXI əsrin bəlası: İnterneti “zərərsizləşdirmək” və ondan maksimum fayda götürmək üçün 5 məsləhət

  1. Alqoritmlərin işini nəzarət altına alın

Şübhəsiz ki, bir çox sayt xüsusi alqoritmlərdən istifadə edir. Qabağınıza çıxan paylaşımları da məhz bu alqoritmlər müəyyənləşdirir. Məsələn, Facebook sizin “like” etdiyiniz və rəy bildirdiyiniz yazıları yadında saxlayır və gələcəkdə onlara oxşar paylaşımlar göstərir. YouTube da eyni prinsip üzrə işləyir – müəyyən bir mövzuda video izləsəniz, şəbəkə sizə onunla əlaqəli olan videolara baxmağı tövsiyə edəcək. Saytlar sizin görmək istədiyiniz kontenti göstərirlər və onların əsas məqsədi platformada daha çox vaxt keçirməyinizdir. 

Lakin problem ondadır ki, YouTube və ya Instagram-ın təklif etdiyi kontent bir-birinə oxşar olacaq. Bəs insanın maraq dairəsi çox geniş olarsa, onda necə? Bu halda alqoritmlərin işini konfiqurasiya etməyə çalışın. Əgər darıxdırıcı mövzuda bir video gördünüzsə, yuxarı sağda üç nöqtə üzərinə basın və “Maraqlı deyil” funksiyasını seçin. 

  1. İnkoqnito rejimindən istifadə edin

Bəzən tamamilə mənasız bir şeyə baxmaq istəyirik və bunu elə etməliyik ki, tövsiyələr alqoritmlərinə təsir göstərməsin. Bu işdə sizə inkoqnito (gizlilik) rejimi kömək edə bilər – bu rejimə internet səhifələrin hamısı hesabınıza qoyulmadan açılır və bu o deməkdir ki, axtarış tarixiniz qurğunun yaddaşında qalmayacaq. 

İnkoqnito rejimi bütün populyar brauzerlərdə bar. Məsələn, Google Chrome-da onu aktivləşdirmək üçün yuxarı sağda üç düymə üzərinə basaraq, “Yeni pəncərəni inkoqnito rejimində aç” funksiyasını seçmək lazımdır. Kompüterdə Control+Shift+T (Windows) və ya Command+Shift+T (macOS) düymələrini basmaq kifayət edir.

  1. Tövsiyələrdən imtina edin

Bəli, tövsiyələrin alqoritmini dəyişdirə bilərsiniz, lakin bu müəyyən vaxt edir. Təsəvvür edin ki, son xəbərləri öyrənmək üçün sosial şəbəkələrdən birinə daxil olursunuz, alqoritmlər isə sizə tamamilə dəxilsiz yazıları göstərir. Nəticədə, sizin üçün həqiqətən də vacib bir xəbər nəzərinizdən qaça bilər. 

RSS-lentlərdən istifadə etməyi öyrənin və ya ümumiyyətlə müntəzəm şəkildə izlədiyiniz kanallara abunə olun. 

Əlbəttə ki, ilk başlarda çətinlik çəkəcəksiniz, çünki sosial şəbəkələrin əsas məqsədi insanda asılılıq yaratmaqdır. Unutmayın ki, İnternetdən deqradasiya deyil, inkişaf etmək üçün istifadə etməlisiniz. 

  1. Bildirişlər məsələsini həll edin

Yəqin ki, fikir vermişiniz: demək olar ki, bütün saytlar sizdən bildirişləri aktiv etməyi tələb edir. Bu, səbəbsiz deyil – onların əsas məqsədi reklamı nümayiş etdirməkdir. 

Əslində, bunda pis bir şey yoxdur, saytlar da pul qazanmalıdırlar axı! Onları başa düşmək olar, amma özünə zərər verməmək şərti ilə. 

Bildiriş parametrlərini yoxlayın və həqiqətən vacib olanları aktiv, digərlərini isə deaktiv edin. Diqqət – internetdə ən qiymətli şeydir, çalışın ondan səmərəli istifadə edəsiniz. 

  1. Diqqəti yayındırmamaq üçün oxu rejimindən istifadə edin

İnternetdə lazımsız məlumatlar çoxdur. Məqalələrin əksəriyyəti diqqəti yayındıran bannerlər və panellər ilə doludur. Onları yığışdırmaq üçün oxu rejimindən istifadə edə bilərsiniz. 

Safari brauzerində bu funksiyadan həm kompüterdən, həm də telefondan istifadə etmək mümkündür. Google Chrome-da bunun üçün Mercury Reader genişlənməsini quraşdırmaq tələb olunur.

Son xəbərlər
Digər xəbərlər