Yəhudilər (rəsmi  dövlət qurmamışdan əvvəl) – biznes və iqtisadiyyat – bloq

0

Məntiqə əsaslanan inkişafda , məsələn , manufaktur sənayesində müəyyən qədər təcrübəyə əsaslanan hər hansı işarə görüb, sənaye böhranından sığortalanmaq olar . Yəhudi Cəmiyyətinin sənayeçi kimi girdiyi hər sahədə eyni prinsiplə fəaliyyət göstərmək lazımdır, amma özəl sahibkarlığı sıxmamalıdır. Fərdi təşəbbüskarlıqla yaranmaqda olan sahibkarlığa şərait yaratmalıyıq. Axı biz fəhlələrimizin sahibkara çevrilməsinə ilk fürsətdəcə imkan yaradacayıq. Qoy sahibkarlıq ruhu bizim hər işimizdə alovlansın ki,  sənayemiz də sərfəli vergi və digər rüsumlar hesabına , xammalın ucuz və sərfəli çatdırılması statistikasına uyğun olsun və rəsmi hesabatlara görə inkişaf etsin. Bu zaman mənasız spekulyasiya da aradan qalxmış olacaq- sahibkar hansı səbəbdən olursa olsun, müəyyən müddətdən sonra hansı sənaye sahəsini seçmək istəsə , heç bir çətinliklə rastlaşmadan, asanlıqla bu işə girişə bilər. Müəssisənin əldə edilməsi şərtləri hamıya, hər zaman məlum olacaq. Eyni zamanda sahibkarlara xidmət üçün təyinatlı (yəhudi) işçi qüvvəsi də veriləcək. Amma onları qul simasında görmək lazım deyil. Onlar gün ərzində 7 saat çalışacaqlar, təşkilatlarını qoruyub saxlayacaqlar. Mükafatlar, imtiyazlar və təqaüdlərdən də yararlanacaqlar.

  Pul qaynaqları sərmayənin artırma yolları – qənaətbəxş hesab edilməyən və yetərsiz güclə həyata keçrilən təcrübələrə heç bir halda imkan vermək olmaz. Yoxsa uğursuzluq ilk andan etibarən bütün ideyanı on illər boyu şübhə altına ala bilər. Lazım olan pulu üç mənbə sayəsində əldə etmək olar- Dövlət bankı, özəl banklar və xalqın dəstəyi , amma ən uyğunu Dövlət bankıdır. Pulun mənbəyi böyük maliyyəçilər birliyi olsa da , lazım olan məbləği ən qısa zamanda asan və tez almaq mümkündür. Daha sonra  özəl banklar öz gücünü göstərməlidir. Orta sinif insanları özlərinə yeni böyük iş tapsınlar.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

    Teodor Hertsel

Aliyə Nuruyeva