15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Yəməndə yeni hökumət yaradılır

Yəməndə yeni hökumət formalaşdırmaq üçün görüşlər başlayıb.

Bu barədə Yəmən prezidenti Abdurabbu Mansur Hadinin müşaviri Əbdülmalik əl-Mihlafi özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, ölkə prezidenti tərəfindən yeni hökuməti formalaşdırmaq üçün təyin olunan Muin Əbdülmalik artıq danışıqlara başlayıb.

Prezidentin müşaviri qeyd edib ki, danışıqlardan sonra hökumət qurulacaq.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ötən il noyabrın 5-də Yəmən hökuməti ilə Müvəqqəti hökumət arasında qarşılıqlı müqavilə imzalanıb.

Lakin razılaşma təhlükəsizlik bəndlərinin tərəflər arasında yaratdığı fikir ayrılığı səbəbindən həyata keçirilə bilməyib.

Son xəbərlər
Oxşar xəbərlər