10 C
Baku
Friday, December 13, 2024

Yəhudilər Qod Nisanovu vəzifəsindən çıxardılar

“Dövlət Departamentinin Qod Nisanovun ABŞ-ın sanksiya siyahısındakı şəxslərdən biri olması ilə bağlı bəyanatına cavab olaraq, Ümumdünya Yəhudi Konqresi deyir ki, münaqişə ilə əlaqədar ABŞ, Böyük Britaniya və ya Avropa İttifaqının sanksiyalarına məruz qalan şəxslər təşkilatda heç bir vəzifə tuta və ya hər hansı rol oynaya bilməz”. Bu barədə təşkilatın cümə günü, iyunun 3-də dərc olunmuş bəyanatında deyilir.

Konqres qeyd edib ki, Qod Nisanov artıq ÜYK-nın vitse-prezidenti deyil və bu gündən qurumun İcraiyyə Komitəsində fəaliyyətini dayandırır, Banker.az bu barədə “Haqqın.az”a istinadən xəbər verir.

Bir gün əvvəl ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi rusiyalı milyarder Qod Nisanovun da daxil olduğu rusların yeni sanksiya siyahısını dərc edib.

Xatırladaq ki, Q. Nisanov 2014-cü ildə Dünya Yəhudi Konqresinin vitse-prezidenti seçilərək təşkilatın rəhbərliyində ilk dağ yəhudisi olub.

Son xəbərlər
Digər xəbərlər