Yəmən hakimiyyəti respublikanın bütün ərazisində 90 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edib, rəsmi bəyanatda bildirilir.
Daha əvvəl Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin şərqində yerləşən Əl-Mukalla limanında BƏƏ-dən cənub separatçıları üçün gətirilmiş hərbi yüklərə hava zərbələri endirib.
“Respublikada fövqəladə vəziyyət rejimi 2025-ci il dekabrın 30-da, çərşənbə axşamı günü qüvvəyə minir və uzadılma imkanı ilə 90 gün müddətinə tətbiq olunur”, — deyə fərmanda bildirilir.
Qeyd olunur ki, tədbirlər “2014-cü ildən bəri davam edən çevrilişə qarşı mübarizə aparmaq zərurəti, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən Yəmənin bölünməsi məqsədilə şərq vilayətlərinə hərbi hücuma başlamaq əmri alan üsyançı ünsürlərin təhrik etdiyi qiyam” ilə əlaqədar olaraq tətbiq edilib.








