30 C
Baku
Tuesday, July 29, 2025

Yəməndə Mərkəzi Banka terror hücumu – Yaralılar var

Yəmənin Mərkəzi Bankı terror hücumuna məruz qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə beş mühafizəçi yaralanıb.

Təhlükəsizlikdən məsul olan yerli məmurun sözlərinə görə, bu gün banka mina yerləşdirilmiş maşınla terrorçu-kamikadze hücum etmək istəyib. Maşın Mərkəzi Bankın binasının 30 metrliyində partlayıb. Nəticədə beş mühafizəçi yaralanıb.

Hücuma görə heç kim məsuliyyəti öz üzərində götürməyib.

Son xəbərlər
Digər xəbərlər