Yəmənin “Ənsər-Allah” hərəkatından olan husi döyüşçülər İsrailin dörd şəhərinə raketlərdən və 3 pilotsuz uçu aparatından zərbələr endirib.
Bu barədə “Al Masirah” telekanalı husilərin sözçüsü Yəhya Sariyaya istinadən məlumat yayıb.
Məlumata əsasən, Beer-Şeva rayonunda edilən raket hücumunda “Fələstin-2” tipli hipersəs balistik raketindən istifadə olunub.
Onun sözlərinə görə, husilər eyni zamanda dronlarla Eylat, Aşkelon və Xader şəhərlərindəki obyektlərə zərbələr endirib. O bütün zərbələrin öncədən təyin olunmuş hədəflərə çatdığını vurğulayıb.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz husilərə qarşı yeni hərbi əməliyyatın başlandığını elan edərək, İsrail müdafiə qüvvələrinin Yəməndə husilərə aid limanlra və elektrik stansiyalarına aviahücumlar həyata keçirdiyini bildirmişdi.