16 C
Baku
Sunday, May 19, 2024

Yəməndən Səudiyyə Ərəbistanına son 7 ildə ilk aviareys uçub

“Yemenia Airways” 2016-cı ildən bəri ilk dəfə Yəmənin husilərin nəzarətində olan paytaxtından Səudiyyə Ərəbistanına kommersiya uçuşu həyata keçirib.

Göyərtəsində 277 sərnişin olan təyyarə şənbə günü axşam Sənadan havaya qalxıb. Söhbət Məkkəyə ənənəvi Həcc ziyarətinə yollanmaq niyyətində olan zəvvarlardan gedir.

Uçuş Yəməndə şiələr və sünnilər arasında uzun illər davam edən qarşıdurmadan sonra gərginliyin azaldılmasının əlamətlərindən biri kimi qiymətləndirilib.

Husilərin sözçüsü (əmək naziri) Qalib Mutlak həcc ziyarətinə getmək istəyən 24 min nəfəri göndərmək üçün təxminən 200 uçuş tələb olunacağını söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmən üzərində uçuşa qadağa zonası yaradıldıqdan sonra Səna hava limanı mülki təyyarələrə xidmət göstərməyi dayandırıb. O, bəzən evakuasiya uçuşları təşkil etmək, humanitar təyyarələrə xidmət göstərmək üçün istifadə olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər