26 C
Baku
Saturday, April 27, 2024

Yaddaşın bilmədiyimiz növləri

Elmdə yaddaş fenomeninin dəqiq izahı hələ ki, olmadığı kimi onun növlərinin vahid qruplaşdırılması da mövcud deyil. Fiziologiya nöqteyi-nəzərindən yaddaşın növləri yadda saxlama prosesində hansı duyğu orqanının aparıcı rol oynamasından asılıdır. Bununla əlaqədar olaraq yaddaş aşağıdakı növlərə bölünür:

  • vizual, yəni görmə yaddaşı;
  • eşitmə yaddaşı;
  • hərəkət;
  • toxunma.

Yaddaşı həmçinin hansı beyin yarım kürəsinin dominantlıq təşkil etməsi prinsipinə görə də fərqləndirirlər. Bu halda yaddaşı bu növlərə bölürlər:

  • dərk edilən;
  • dərk edilməyən;
  • şifahi və məntiqi;
  • emosional.

Onu həmçinin bütün məlumatın əldə edilməsi və saxlanması prosesini təmin edən 3 tipə (növə) də ayıra bilərik:

  • sensor (yaxud simvolik) yaddaş;
  • qısa müddətli (yaxud iş) yaddaş;
  • uzun müddətli yaddaş;

Qısa müddətli yaddaşı ilk olaraq araşdırmağa başlayan şəxslərdən biri XIX əsrdə fəaliyyət göstərmiş alman filosofu Herman Ebbinhauz olmuşdur. Özü üzərində təcrübə apararaq o yaddaşın sərhəddini müəyyən etməyə çalışmışdır: insan bir neçə min sətri yadında saxlaya bilərmi? Eksperiment onun öyrəndiyi sətirləri çox sürətlə unutduğunu göstərir. Bu nəyə görə baş verirdi? Çünki məlumat beyindən hələ qısa müddətli yaddaş mərhələsində olarkən silinirdi.

Qısa müddətli yaddaş yaddaşın formalaşmasının ilk mərhələsidir. Burada mütəmadi olaraq yadda saxlama, yenidən yadda saxlama və informasiyanın atılması prosesləri gedir. Bu yaddaş növü daim fəaliyyətdədir. Buna görə də psixologiyada onu həmçinin iş yaddaşı da adlandırırlar. Hazırki zaman kəsiyində yadda saxlamağa çalışdığınız hər şey qısa müddətli yaddaşa həkk olunur və hər bir yeni məlumat əvvəlki məlumatı silir. Bu yaddaş növünü CD-RW diski ilə müqayisə etmək mümkündür. Analogiyanı davam etdirərək, uzun müddətli yaddaşı CD-R diski ilə müqayisə edə bilərik və burada məlumat bir dəfəlik həkk olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər