23 C
Baku
Wednesday, October 9, 2024

Yaddaşınızdan gözləmədiyiniz 6 qəribəlik

Aşağıda göstərilmiş tədqiqatlar, bizə beynimizin bir sıra qəribə və gözlənilməz qanunauyğunluqlarını nümayiş etdirir.

  1. Həyatın ilk illərini yadda saxlamaq mümkün deyil, lakin bir çoxları bunu edə biləcəyini iddia edirlər

“Mən hesab edirəm ki, mənim oxucularım, onların ananın bətnində keçmiş həyat kəsiyini heç xatırlamırlar və ya olduqca qeyri-müəyyən şəkildə xatırlayırlar,-Salvador Dali öz memuarlarında yazıb.- Lakin mən, sanki dünən olmuş kimi, bu dövrü çox yaxşı xatırlayıram”. Salvador Dali inanırdı ki, onun bu “möhtəşəm cənnət” haqda xatirələri, digər insanların da bu anları xatırlaya biləcəyinə kömək edəcəkdir.

Əslində isə Dalinin bu kimi xatirələri, sadəcə onun böyük təxəyyülünün nəticəsi idi. Bu gün alimlər hesab edirlər ki, həyatın ilk bir neçə ilini və doğumdan əvvəlki olan vaxtı xatırlamaq mümkün deyil. Hər hansısa bir şeyi yadda saxlamaq üçün ehtiyac duyulan beyin strukturlarının bir çoxu, insan inkişafının bu mərhələsində hələ formalaşmamışdır, buna görə də erkən uşaqlıq hadisələrini yaddaşda saxlamaq fizioloji olaraq mümkün deyildir.

  1. Yaddaş sizin bədən temperaturunuzdan asılı ola bilər

Psixoloqlar deyirlər ki, insan yaddaşı “kontekstdən asılıdır”. Bunun nə olduğunu başa düşmək məqsədi ilə, keçirilmiş eksperimentə nəzər salaq. Eksperiment zamanı iştirakçıların bir qismi əllərini vedrəki soyuq suda tutmuşdur. Testdən sonra məlum oldu ki, iştirakçılar bir əlini soyuq suda saxlayarkən sözləri daha yaxşı xatırlaya bilmişlər.

Bu tədqiqat göstərdi ki, biz xatırlatdığımız anın əlamətlərini yenidən canlandırsaq, faktları daha yaxşı xatırlaya bilərik.

Culiya Şou “Yalançı yaddaş” kitabında qeyd etmişdir ki, hər hansısa party-nin hadisələrini, bir az pivə içib xatırlamaq daha asandır, bu yaddaşın “kontekstdən asılılığı” ilə bağlıdır. Siz bu fizioloji işarələrdən öz maraqlarınıza uyğun istifadə edə bilərsiniz. Tədris zamanı saqqız çeynəyən və ya kofe içən insanlar, imtahan günü eyni hərəkətləri təkrar etsələr, fənn haqda daha çox məlumat xatırlaya bilərlər. Qoxular da bizim üçün köməkçi işarə ola bilər.

 

  1. Sizin daxili təqviminiz yanlışdır

Aşağıda göstərilmiş hadisələrin neçənci il və ayda baş verdiyini xatırlamağa çalışın:

  1. Maykl Ceksonun ölümü
  2. Beyonce-nin Lemonade albomunun çıxması
  3. “La-La Lend” filminin səhvən Oskar mükafatı alması ilə bağlı yaranmış qalmaqal
  4. Angela Merkelin 2021-ci ildə istefaya getməsi ilə bağlı bildirişi

Əgər siz xəbərlərin dəlisi deyilsinizsə, sizin verdiyiniz cavablar həqiqətdən uzaq olacaq. Tədqiqatçılar göstərirlər ki, biz keçmişdə baş vermiş hər hansı hadisədən sonra keçən zamanı düzgün qiymətləndirə bilmirik. Sizin daxili təqviminiz yanlışdır və faktiki xronologiyaya uyğun deyil.

  1. Qeyri-müəyyən xatirələrdə bir fayda var

Yalnız yaddaşınızdan istifadə edərək ən yaxşı dostunuzun portretini çəkməyə çalışın. Və ya fotoşəkilə baxmadan, onu mümkün qədər ətraflı təsvir edin. Çox güman dostunuzu ümumi olaraq təsvir edə bilərsiniz, ancaq göz rəngi kimi əhəmiyyətli xüsusiyyətləri xatırlamaq, sizə olduqca çətin gələ bilər.

Bu onu göstərir ki, çox vaxt biz detalları deyil, mahiyyəti yadda saxlayırıq. Bu hər hansısa əskiklik və ya normadan kənar bir hal deyil. Deyək ki, üzün kiçik detalları gündən-günə dəyişə bilər, ancaq ümumi təəssürat və ya mahiyyət eyni qalacaq. Bu səbəbdən biz, eyni insanı onun saç düzümünü dəyişməsinə baxmayaraq tanıya bilirik.

  1. Yaddaşımızın dəqiqliyindən həddindən artıq əmin olsaq, bu, maliyyə itkilərinə gətirib çıxara bilər

Üzünüzü çəkməyə və ya təsvir etməyə çalışsanız, çox güman ki, yaddaşınızın düşündüyünüzdən daha zəif olduğunu aşkar edəcəksiniz. Bir çox tədqiqat göstərib ki, insanların əksəriyyəti onların yaddaşının ortalama şəxsdən daha yaxşı olduğunu düşünür – bu, əlbəttə ki, statistik olaraq qeyri-mümkündür.

Misal üçün, cinayət işinə təsir edə bilən polis əməkdaşları üçün bu çox ciddi bir problemdir.

Eyni zamanda gələcəkdə etməli olduğu şeylərin hamısını yadda saxlaya biləcəyindən əmin olan hər bir kəs maliyyə itkiləri ilə üzləşə bilər.

  1. Siz rəqəmsal amneziyadan əziyyət çəkə bilərsiniz

Müasir dövrdə smartfonların bu qədər geniş yayılması, bizim yaddaşımızın xeyrinə ola bilər. Bir anlıq Facebook və Intagram səhifənizdə saxlanılan bütün məlumatları göz önünə gətirin. Başa düşəcəksiniz ki, müasir dövrdə sosial şəbəkələr bizim üçün xatırladıcı köməkçi rolunu oynayır. Lakin, bütün bunların böyük mənfi cəhəti də var. Sosial şəbəkələr bizim keçmiş haqda olan təəssüratlarımızı dəyişə və ya silə bilər. Misal üçün, Facebook səhifənizdə diqqətinizi çəkmiş toy şəkillər, sizin həmin günün digər aspektlərini unutmağınıza gətirib çıxara bilər.

 

Son xəbərlər
Digər xəbərlər