16 C
Baku
Wednesday, October 30, 2024

Yağ şirkəti 2 669 dollar cərimələnib – Valyuta məsələsinə görə

Maliyyə Bazarlarına Nəzarət Palatası “AlpenFood” MMC-nin barəsində inzibati protokol tərtib edib.

Xətai Rayon Məhkəməsi protokola əsasən, şirkəti 2 669 ABŞ dolları məbləğində cərimə edib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

“AlpenFood” MMC Ukraynadan “Alpenfood” nişanlı bitki-kərə qarışıqlı yağı (spred) yağı idxal edir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Prezident İlham Əliyevin 28 noyabr 2019-cu il tarixli qərarı ilə ləğv edilib. Palata protokolu ləğv olunmazdan əvvəl tərtib edib.

Report

Son xəbərlər
Digər xəbərlər