19 C
Baku
Sunday, September 29, 2024

Yağış kimi yağan ən ağlasığmaz əşyalar

Hər birimiz səmanın bizə yağış, qar, dolu və sulu qar kimi təbiət hadisələrini və hətta ulduz axınını belə bəxş etdiyini yaxşı bilirik. Lakin bəzən elə hallar olur ki, səmadan ağlımıza gəlməyəcək əşyalar belə yağış kimi yağa bilir.

Süni qaymaq. Cənubi Karolina ştatında yerləşən Çesterdə südlü yağış artıq adi hala çevrilmişdi. Məsələ ondadır ki, şəhərin yaxınlığında “Cremoro” qəhvələri üçün quru qaymaq hazırlayan zavod yerləşirdi və bu zavodun tüstü bacası ilə problemləri var idi. Baca tutulduqda süni qaymaq buludu səmaya qalxır, yağış və qar ilə birləşirdi. Daha sonradan isə yağış halında insanların üzərinə yağırdı.

Qolf topları. Bu cür yağış yalnız qolf həvəskarları üçün bərəkət rəmzi ola bilər. Bu möcüzə sadə şəkildə izah edilir: ərazidə tornado baş verən zaman qolf meydançasının yaxınlığında yerləşən gölün suyunu özünə çəkir. İllərdir insanlar burada qolf oynadıqlaırndan gölün dibi topla dolu idi. Tornado su ilə birgə topları da özünə çəkmişdi. Fırtına dayandıqda isə səmadan top yağışı müşahidə edilirdi.

Hörümçəklər. Bu bir dəhşətli qorxu filmini xatırlatsa da, Santo Antonio da Platininidən olan Erik Rays bunu canlı olaraq yaşayıb. Foto operator olan Rays baş vermiş bu hadisəni öz kamerasının yaddaşına həkk edə bilib. Belə güman edilir ki, səmadan yağan bu hörümçəklər Anelosimus Eximius növünə aid olan həşəratlar olub. Onlar hündür ağaclarda yaşayır və orada tor qurur. Güclü külək isə onların torlarını dağıtmış və canlıların yerə tökülmələrinə səbəb olmuşdu.

İnsan meyiti. San Dieqodan olan Meri Fuller və onun 8 aylıq körpəsinin yaşadığı şoku təsəvvür edin. Təsəvvür edin ki, sakit dayanmış avtomobilinizin ön şüşəsinin üzərinə insan bədəni düşür. Daha sonradan belə aydın olur ki, səmada iki təyyarə toqquşub. Qeyd edək ki, qəza nəticəsində 144 insan həlak olmuşdu.

İnək. Yaponiyadan olan iki nəfər sakit şəkildə balıq tutduqları an səmadan bir inək onların qayıqlarının üzərinə düşür və qayığı batırır. Heç kim onların danışdıqlarına inanmır. Lakin hadisədən bir həftə keçdikdən sonra Rusiyanın BBC-si çəkinmədən etiraf etdilər ki, hava ilə inək aparırdılar. Uçuş zamanı inək dayanmadan vurnuşduğu üçün onu  aşağı atmağa məcbur olurlar. Nəticədə də balıqçı yaponlar bu qəribə hadisə ilə üzləşmişlər.

Qurbağalar. Yəqin ki, bir çoxlarınız rayon və kənd yerlərində bu cür hadisələrin şahidi olmusunuz. Güclü külək və qasırğa zamanı burulğan gölməçələrdəki suyu qurbağalar ilə birgə özünə çəkir. Nəticədə də daha sonradan onlar “yağış kimi yağırlar”.

Soxulcanlar. İki fərqli “soxulcan yağışı” məlumdur. Bunların biri Böyük Britaniyada, biri isə ABŞ-ın Luiziana ştatında qeydə alınmışdı. İnsidentin səbəbini Böyük Britaniyada hələ də müəyyən edə bilməsələr də, Luizianada bu baş vermiş tornado ilə əlaqələndirilir.

Pullar. Hər birimiz səmadan üzərimizə pul yağmasını arzu edərdik. Fransanın Burje şəhər sakinləri Çikaqo şəhər sakinləri ilə bu arzularını həyata keçirə biliblər. Bu zaman onların üzərinə səmadan frank və dollarlar səpələnib. Buna oşxar hadisələr 1968 və 1975-ci illərdə İngiltərədə də qeydə alınmışdı.

Qan. Kolumbiyanın La Serra Çoko sakinləri dəhşətli bir hadisənin  – səmadan üzərlərinə qan yağmasının şahidi olmuşlar. Araşdırmalar bunun həqiqətəndə qan olduğunu sübut edib. Yerli keşişlər isə bunu günahkar insanlar ilə əlaqələndirib və onlara öz yaşayış tərzlərini dəyişməyə çağırmışdı.

Son xəbərlər
Digər xəbərlər