Amerikanın internet şirkəti “Yahoo!” əməkdaşlarının ştatını 15 faizədək ixtisar etmək, eyni zamanda, bir sıra nümayəndəliklərini azaltmaq niyyətindədir.
Mənbə vistanews.ru saytına istinadla xəbər verir ki, işçilərin azaldılması şirkətə əməliyyat xərclərini il ərzində 400 milyon dollar azaltmağa imkan verəcək. Həmçinin “Yahoo” Dubay, Mexiko, Buenos-Ayres, Madrid və Milandakı filialını bağlamağı planlaşdırır.
Qeyd edək ki, hazırda “Yahoo!” internet şirkəti böyük itkilərlə üzləşib. Son bir il ərzində, ümumilikdə, şirkət rəhbərliyi bütün dünya üzrə müxtəlif bölmələrdə çalışan 1 800 nəfəri ixtisar edib. “Yahoo!” mütəxəssisləri tələbatın artırılması və şirkətin rentabelliyi üzrə xüsusi plan hazırlayıblar. Bütün bunlara isə ancaq bir sıra bölmələri ixtisar etməklə nail olmaq mümkündür.
AZƏRTAC