Yahoo! Reklam xidməti olan BrightRollu əldə etməyi planlaşdırır. Bloomberg informasiya agentliyinin verdiyi məlumata görə, müqavilənin dəyəri 620 milyon dollardır.
Yahoo! şirkətinin CEO-su Marissa Mayerin fikrincə şirkətin bu son “alış-verişi” şirkətin maliyyə nəticələrində özünü müsbət şəkildə biruzə verəcək. İlkin məlumatlara görə, BrightRoll reklam xidmətinin əldə edilməsi Yahoo! şirkətinə 2014-cü ildə 100 milyon dollar gəlir qazandıracaq.
Bundan əlavə, şirkət bu əldə etmə və xalis gəlirlə internet-reklam bazarında öz yerini bərkidəcək.