“Yahoo Search” layihəsinin CEO-su Brayan Provost “Chrome” veb-brauzerini almaq təklifini irəli sürüb, bu barədə “Bloomberg” yazır. “Yahoo”nun qiymətləndirmələrinə görə, “Chrome”un on milyardlarla dollara satılacağı gözlənilir.
Qeyd edək ki, “Yahoo” 2000-ci illərin əvvəllərində axtarış bazarında lider olsa da, sonra yerini “Google”a verib. Bundan əlavə, şirkət dəfələrlə satılıb, 2021-ci ildə isə onu “Apollo Global Management у Verizon Communications Inc.” alıb.
Brayan Provost bildirib ki, “Yahoo” hələ inkişaf mərhələsində olan öz brauzerinin yaradılması üzərində işləyir. ABŞ Ədliyyə Nazirliyi Chrome brauzerinin satışını tələb edir. “CHatGPT”nin yaradıcısı “OpenAI” də brauzeri almaqda maraqlıdır.